Təhsil 365 - Logo Mobile

“Narkomaniyaya Yox De! Həyatı Seç!” adlı dəyirmi masa olub

10321.11.2025 - 17:00
“Narkomaniyaya Yox De! Həyatı Seç!” adlı dəyirmi masa olub

Noyabrın 20-də Azərbaycan Dillər Universitetinin İngilis və Fransız dilləri fakültəsinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Fransız dili müəllimliyi” ixtisasının 430b və 223a qrup tələbələrinin iştirakı ilə “Narkomaniyaya Yox De! Həyatı Seç!” mövzusunda dəyirmi masa olub.

“Tehsil365” bildirir ki, tədbirin moderatoru, kafedranın baş müəllimi Kəmalə Kərimova dəyirmi masanın təşkil edilməsinin məqsədini və əhəmiyyətini vurğulayaraq, iştirakçılara Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə narkomaniyaya qarşı mübarizə məqsədilə qəbul edilmiş 5 illik dövlət proqramları haqqında ətraflı məlumat verib.

Sonra 430b qrupundan Hüseynova Fidan narkomaniyanın səbəbləri, Axundzadə Məntuqə narkomaniyanın nəticələri, Babayeva Jalə və Səmədli Nigar Azərbaycanda və beynəlxalq proqramlar səviyyəsində narkomaniyaya qarşı mübarizə, Novruzova Aytən isə Azərbaycan ədəbiyyatında narkomaniya mövzusuna həsr edilmiş əsərlər haqqında çıxışlarını təqdim ediblər.

Tədbirdə Muradova Xanımgül, Aslanova Nəzrin (430b qrupu), Hüseynəliyeva Səbihə və Mustafalı Əsmər (223a qrupu) aktiv müzakirələrdə iştirak ediblər. Hacıyeva Aysel, Əlizadə Fatimə (223a) və Tanrıverdiyeva Aytacın (223c) hazırladıqları poster və slaydların təqdimatı tədbirin əyani təsir gücünü daha da artırıb.

Kafedranın dosenti, f.f.d. Məqami Aygün və baş müəllim Rəfiqə Mürşüdova da mövzu ilə bağlı çıxış edərək, tələbələrin bu məsələyə həssas yanaşmalarını yüksək qiymətləndiriblər və müasir nəslin narkomaniyayla mübarizədə fəallığını vurğulayıblar.

Kafedranın baş müəllimi Əzizə Məmmədova “Yox demək və qrup, dost təzyiqinə müqavimət göstərməyi bacarmaq” mövzusunda çıxışı ilə tələbələrə əhatə dairələrini daha təmiz insanlarla genişləndirmək və doğru dost seçmək barədə əhəmiyyətli mesajlar çatdırıb.

Fakültə dekanı, f.f.d. dos. Vəfa Babayeva, narkomaniya əleyhinə maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, tədbirin sosial məsuliyyət baxımından önəmini qeyd edib. O, tədbirin çoxşaxəli mövzuya malik olduğunu və başda prof. G.Sadıxova olmaqla, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının tələbələrə göstərdikləri fəallığa görə təşəkkürünü bildirib.

Tədbirin sonunda kafedra müdiri, fil.f.d., prof. Gülnarə Sadıxova, dəyirmi masada narkomaniya mövzusunun müzakirəsinin əhəmiyyətini vurğulayaraq, təşkilatçılara və iştirakçılara mövzuya həssas yanaşdıqları üçün təşəkkürünü çatdırıb. O, tədbiri gənclərin cəmiyyətə ünvanladığı mesajlar və diqqətli mövqeləri kimi dəyərləndirib və tələbələrin bu təşəbbüsünün gələcəkdə layiqli vətəndaş yetişdirmək əzminin göstəricisi olduğunu bildirib.

Tədbir tələbələrin hazırladığı videoçarxların nümayişi ilə yekunlaşıb.

Aysel Paşayeva

Xəbər Lenti

Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür21.11.2025 - 20:01
Yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovadır21.11.2025 - 19:49
Bakıda otelin 4 işçisi faciəvi şəkildə öldü - Adlar21.11.2025 - 19:37
"Türk xalqlarının dövlətçilik tarixi" kitabı çıxdı21.11.2025 - 19:25
Bakıda güclü yanğın nəticəsində ölən hər üç şəxsin kimliyi məlum oldu 21.11.2025 - 19:16
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki-Zaqatalada üzv təşkilatlarla görüşüb21.11.2025 - 18:59
Mingəçevir Turizm Kolleci intellektual yarışda iştirak edib21.11.2025 - 18:48
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub21.11.2025 - 18:25
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibələr davam edir21.11.2025 - 18:14
BDU-da “İş dünyası çağırır” mövzusunda təlim keçirilib21.11.2025 - 18:02
Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə Rektorlar Şurasının ilk iclası keçirilib21.11.2025 - 18:00
Peşə təhsili sahəsində əməkdaşlıq görüşü keçirilib21.11.2025 - 17:52
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 17:45
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan seminar keçirilib21.11.2025 - 17:30
Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub21.11.2025 - 17:30
ATGTİ Azərbaycan Dillər Universitetinə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edib21.11.2025 - 17:15
BDU-da sənaye mülkiyyəti və patentləşdirmə ilə bağlı maarifləndirici seminar keçirilib21.11.2025 - 17:08
BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb21.11.2025 - 16:55
“Qarabağa Qayıdış” adlı elmi seminar keçirilib21.11.2025 - 16:45
Elm və təhsil nazirinin müşaviri BDU-da seminar keçib21.11.2025 - 16:43
“Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim təşkil edilib21.11.2025 - 16:33
ADU müəllimləri IV Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər21.11.2025 - 16:30
Abşeron və ətraf rayonlarda dövlət qulluqçularına təlimlər keçirilib21.11.2025 - 16:18
ADU-nun müəllimi Kahramanmaraş Sütcü İmam Universitetində müəllim mübadilə proqramında iştirak edib21.11.2025 - 16:15
ADPU-da Elmi Şuranın növbəti iclası keçirilib21.11.2025 - 16:03
62 yaşında universitet məzunu oldu21.11.2025 - 15:46
Lənkəranda qədim meşə qalıqları üzə çıxıb 21.11.2025 - 15:30
ADU-da “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub 21.11.2025 - 15:17
"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün"-Zəfərlə bağlı tədbir keçirilib21.11.2025 - 14:52
“TikTok”da daha bir yenilik21.11.2025 - 14:45
Uşaqlar Birliyinin sığınacağından itkin düşən gənc tapıldı21.11.2025 - 14:37
Lənkəranda ANİMAFİLM festivalı keçirilib 21.11.2025 - 14:22
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibə davam edir21.11.2025 - 14:13
DİM fənlər üzrə elmi-metodik seminarlar keçirib21.11.2025 - 14:07
Lənkəran-Astara məktəbliləri SAF 2025-də uğurla iştirak ediblər21.11.2025 - 13:57
BSU-da YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib21.11.2025 - 13:42
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 13:28
Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib21.11.2025 - 13:13
"Oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən kitabxana modeli formalaşdırmaq istəyirik"21.11.2025 - 13:05
Emin Əmrullayev müəllimlərin maaşı ilə bağlı müzakirələrə reaksiya verdi21.11.2025 - 12:50
Memarlıq və İnşaat Universiteti gələn il mühafizəyə 350 min manat xərcləyəcək21.11.2025 - 12:35
Azərbaycan Universitetində Daşkənt Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş olub21.11.2025 - 12:20
Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı vaxt açıqlandı 21.11.2025 - 12:05
BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır21.11.2025 - 11:50
LDU-da yeni konfrans keçirilib21.11.2025 - 11:35
"Şagirdlər universitetə məktəbin özündə hazırlaşacaq"21.11.2025 - 11:20
Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır21.11.2025 - 11:05