Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, Apellyasiya komissiyası Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində fəaliyyət göstərəcək.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 24-25 noyabr 2025-ci il tarixlərində saat 09:00-11:00 aralığında qeyd olunan təhsil müəssisəsinə yaxınlaşaraq komissiyaya müraciət edə bilərlər.
Müraciət edən hər bir şəxsin şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi) özü ilə gətirməsi vacibdir.
Qeyd edək ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə göndərilib.

