Azərbaycan Universitetində Özbəkistanın Daşkənt Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarının müzakirə olunduğu işgüzar görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə Daşkənd Dövlət İqtisad Universitetini Pedaqoji kadrların yenidən hazırlanması və ixtisasının artırılması mərkəzinin direktoru Narboy Karimov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zukhra Babaeva, baş mühasib Mirzoulug Abdusalomov, şöbə müdiri Farida Xamidova, baş elmi işçi Shakhzod Saadullaev, metodist Jamol Bobozhonov, Azərbaycan Universitetini isə elmi işlər üzrə prorektor Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib.
Görüşdə tərəflər arasında akademik əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi, pedaqoji kadrların peşəkar inkişafı sahəsində təcrübə mübadiləsinın aparılması, birgə təhsil təşəbbüslərinə start verilməsi, müəllim- tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Universitetlər arasında əlaqələrin qısa zamanda müvafiq sənəd ilə rəsmiləşdirilməsi razılaşdırılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

