Təhsil 365 - Logo Mobile

BSU-da YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib

8521.11.2025 - 13:42
BSU-da YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib

Noyabrın 21-də Bakı Slavyan Universitetinin (BSU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, universitetin professor - müəllim heyəti, tələbələri və partiya üzvləri iştirak ediblər.

Tehsil365” xəbər verir ki,tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi,ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra YAP-ın tarixi və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev YAP-ın ölkəmizin siyasi tarixində və ictimai inkişafında oynadığı mühüm rolu vurğulayaraq qeyd edib ki, bu gün təkcə Azərbaycanın deyil, bütün Qafqaz regionunun gələcəyinə istiqamət verən ideyaların formalaşdığı siyasi təşkilatın təsis olunduğu əlamətdar günüdür.

A.Nağıyev çıxışında YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 1992-ci ilin çətin tarixi şəraitində Ulu Öndər Heydər Əliyevə ünvanlanan müraciət və onun bu çağırışa müsbət cavabı ölkənin gələcək inkişafının ideoloji əsaslarını formalaşdırdı.

Rektor bildirib ki, partiyanın yaranmasından sonra həm Heydər Əliyevin, həm də 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, siyasi, sosial və iqtisadi sahələrdə böyük nailiyyətlər qazanıb. YAP-ın beynəlxalq arenadakı nüfuzu da onun artıq regional yox, qlobal miqyasda tanınan siyasi qüvvəyə çevrildiyini göstərir.

A.Nağıyev qeyd edib ki, BSU-nun kollektivi YAP-ın fəaliyyətə başladığı ilk günlərdən etibarən Ulu Öndərin ideyalarına sadiqlik nümayiş etdirib və bu gün də cənab Prezident İlham Əliyevin apardığı siyasətin fəal dəstəkçiləridir. Tədbirdə həm partiyanın ilk üzvlərinin, həm də gənc fəallarınının iştirakı Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin bu gün də aktual olduğunu sübut edir.

YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxışında bildirib Ii, YAP-ın Nəsimi Rayon Təşkilatı ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malikdir və BSU-nun ərazi partiya təşkilatı da öz fəallığı, təşəbbüsləri və partiyanın ideya-siyasi xəttinin təbliğində göstərdiyi ardıcıl işi ilə seçilir. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt, həmçinin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkənin ərazi bütövlüyü tam bərpa olunub. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri Azərbaycanın gücünü və qətiyyətini dünyaya göstərib.

Tədbirdə digər çıxışçılar da YAP-ın keçdiyi inkişaf yoluna nəzər salaraq, onun ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolu xüsusi vurğulayıblar. Bildirilib ki, YAP-ın tarixi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə və müəllifi olduğu siyasi xəttə söykənir. Partiyanın fəaliyyət illəri ərzində əldə olunan nailiyyətlər – ölkədə sabitliyin bərqərar olması, siyasi və iqtisadi islahatların ardıcıl həyata keçirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin güclənməsi – həmin xəttin uğurlu nəticələridir.

Tədbir YAP-ın Nəsimi Rayon Təşkilatının ictimai-siyasi həyatında yüksək fəallığı ilə seçilən bir qrup partiya üzvünün təltif olunması və YAP-ın himninin səsləndirilməsi ilə başa çatıb.


Könül Əsgərova

Xəbər Lenti

Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibə davam edir21.11.2025 - 14:13
DİM fənlər üzrə elmi-metodik seminarlar keçirib21.11.2025 - 14:07
Lənkəran-Astara məktəbliləri SAF 2025-də uğurla iştirak ediblər21.11.2025 - 13:57
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 13:28
Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib21.11.2025 - 13:13
"Oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən kitabxana modeli formalaşdırmaq istəyirik"21.11.2025 - 13:05
Emin Əmrullayev müəllimlərin maaşı ilə bağlı müzakirələrə reaksiya verdi21.11.2025 - 12:50
Memarlıq və İnşaat Universiteti gələn il mühafizəyə 350 min manat xərcləyəcək21.11.2025 - 12:35
Azərbaycan Universitetində Daşkənt Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş olub21.11.2025 - 12:20
Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı vaxt açıqlandı 21.11.2025 - 12:05
BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır21.11.2025 - 11:50
LDU-da yeni konfrans keçirilib21.11.2025 - 11:35
"Şagirdlər universitetə məktəbin özündə hazırlaşacaq"21.11.2025 - 11:20
Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır21.11.2025 - 11:05
Azərbaycanda 37 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib21.11.2025 - 10:50
42 nəfərə elmi dərəcə verilib21.11.2025 - 10:35
Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək21.11.2025 - 10:20
Abituriyentlər özünə inamı artırmaq üçün gündəlik hansı vərdişləri etməlidirlər?21.11.2025 - 10:05
Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarını 59 medalla başa vurub21.11.2025 - 10:02
Milan Film Festivalı İtaliya premyerası üçün filmlərin qəbulunu elan edir21.11.2025 - 09:50
"Təklifləri təhrif etməyin,əsas fikri müzakirə edin"21.11.2025 - 09:35
“Öz həyatını şagirdlərə həsr etmiş müəllimlərimiz var”21.11.2025 - 09:20
"Müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır" - Emin Əmrullayev 21.11.2025 - 09:05
"Biz müəllimin rifahını yaxşılaşdırmaqla həyatlarının müsbətə dəyişməsinə çalışırıq"21.11.2025 - 09:00
TKT üzrə test imtahanı keçiriləcək21.11.2025 - 08:30
24 uşaq öskürək siropundan öldü21.11.2025 - 08:13
Cavid Əfəndinin həyatında 59 rəqəminin mistik rolu və numeroloji mənası21.11.2025 - 07:54
Kaliforniyada immiqrasiya reydlərindən sonra məktəb davamiyyəti 22% artıb21.11.2025 - 07:41
Süni intellekt vasitəsilə insan düşüncələri oxunub – İnqilabi yenilik21.11.2025 - 07:35
Azərbaycanda bu şəxslər dövlətdən ömürlük vəsait ala bilər21.11.2025 - 07:35
Xaricdə təhsil sonrası mədəniyyət şoku: Tələbələr üçün yeni çağırışlar21.11.2025 - 07:28
Azərbaycan Universiteti ilə Elm və təhsil komitəsi birgə tədbir keçirdi21.11.2025 - 07:20
BDU-nun keçmiş müəllimi həbs edildi21.11.2025 - 07:20
Larry Summers Harvardda məzuniyyətə gedir — Jeffrey Epsteinlə əlaqələr araşdırılır21.11.2025 - 07:15
Naxçıvan məktəblərindən SAF 2025-də böyük UĞUR21.11.2025 - 07:12
Milli Kitabxanada Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə sərgi açılıb21.11.2025 - 07:06
Məktəblərdə sinif otaqları daha sakitdir, lakin davranış pozğunluqları dəyişmir21.11.2025 - 07:02
Franklin liseyində tələbələr süni intellektin riyaziyyatını öyrənir21.11.2025 - 06:49
Nigeriya G20 səfərini təxirə saldı, İngiltərədə məktəblərdə yaradıcılıq fənlərinin artırılması planları21.11.2025 - 06:36
Narın 10 möcüzəvi faydası21.11.2025 - 06:35
Deputat bəzi bölgələrdə kommunnal tariflərin 3 dəfə azaldılmasını təklif edib21.11.2025 - 06:25
Texas A&M universitet sistemi yeni qaydalar tətbiq edib21.11.2025 - 06:23
Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi 21.11.2025 - 06:15
Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək21.11.2025 - 06:12
Federal hakim Texas məktəblərinə yeni qanunu pozmağa əmr verdi21.11.2025 - 06:10
Federal məhkəmə UCLA-ya qarşı tələb edilən 1.2 milyard dollarlıq cəriməni dayandırdı21.11.2025 - 05:57
Çində təhsil alamq üçün təqaüd proqramına müraciət başladı21.11.2025 - 05:54