Azərbaycan da təxminən 62 kollec var,amma Bakı şəhər və regionlar daxil olmaqla təxminən bir 15-ə qədər peşə məktəbləri var.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.O, bildirib ki:
Məsələ burasındadır ki, bu gün əmək bazarında peşə məktəbini bitirən məzunlar daha tez özlərinə iş tapırlar,nəyin ki, kollecdən məzun olanlar.Çünki, kollec imici, reputasiyası Azərbaycanın əmək bazarında çox aşağıdır.Çünki, hamı bilirik ki, orada tədris çox zəifdir.Sadəcə olaraq kolleclərdən bir növ,gələcəkdə ali təhsil müəssisəsinə qəbul olmaq üçün trampolin kimi istifadə edilən məzunlarımız var.
Onlar ali təhsil müəssələrinə sənət verib qəbul ola bilməyəndə, ən yaxşı halda kolleclərə üz tuturlar və nəticədə hədəf kimi seçirlər ki, biz imtihansız ali təhsil müəssisələrimə qəbul olacıyıq və bu haqlı olaraq ali təhsil müəssələləri artıq bir neçəsi gələcəkdə,yəni subakalavrları universitetə qəbul eləməkdən imtira eləyiblər.Yəni, bu kimi hallar var, ona görə də bu günün tələbləri səviyyəsində çəkinmədən demək olar ki, peşə məktəbin məzunları, kollec məzunlarından daha tez iş tapırlar.
Orada deyə bilərik ki, peşə təhsili alanları artıq kolleci üstələyiblər.Başqa bir tərəfdən artıq bilirsiniz ki, son dövrlərdə bir neçə ay əvvəl də elan olundu ki, artıq texniki-peşə məktəblərində bir neçə ixsas var ki, onların illik ödənişi hətta ali təhsil müəssiələrindən artıq oldu.Yəni, 5 min it sahəsi üzrə, bir də beynəlxalq sertifikatı olan aşbazlıq üzrə sertifikatla təmin olunanlar artıq illik 5 min texniki-peşə məktəblərində tədris almağına görə ödəniş edəcəklər. Yəni, bu da həm kolleclərin, həm də bəzi ali təhsil müəssələrindəki ixsaslardan artıq deməkdir.

