Şimal yarımkürəsində sürətlə yayılan H3N2 virusu artıq Yaponiya və Avstraliyada genişmiqyaslı epidemiyalara səbəb olub. Böyük Britaniyada qrip mövsümü gözlənildiyindən daha tez başlayıb.
“Tehsil365” xəbər verir ki, mütəxəssislərin məlumatına görə, H3N2 virusu yay ərzində yeddi fərqli mutasiyaya məruz qalıb. Mövcud qrip peyvəndlərinin bu yeni formaya qarşı qoruyuculuğu aşağı olduğu üçün Avropa və Asiya ölkələrində narahatlıq artır.
Yaponiyada yoluxmaların sürətlə artması nəticəsində hökumət ümummilli epidemiya elan edib. Bir çox bölgələrdə məktəblər müvəqqəti bağlanıb. Avstraliyada da səhiyyə qurumları rekord sayda yoluxma halı qeydə alındığını açıqlayır.
H3N2-nin yeni variantı klassik qrip simptomları - qızdırma, öskürək, burun axması - ilə özünü göstərsə də, xüsusilə uşaqlarda və yaşlılarda daha ağır keçir.
Həkimlər bildirirlər ki, virusun mutasiyaları immun sisteminin onu tanımasını çətinləşdirir və xəstəliyin daha uzun və ağır keçməsinə səbəb olur.
Bununla belə, mütəxəssislər panikaya ehtiyac olmadığını bildirir.

