Ağstafada “Müasir inklüziv təhsilin yeni yanaşmaları və tətbiq modelləri” adlı maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki,tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov və təhsil işçiləri iştirak ediblər.
Maarifləndirici tədbirdə UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova və “Gənclərin psixoloji dəstəyi” layihəsinin rəhbəri, psixoloq-təlimçi Leyla Salmanlı inklüziv təhsilin mahiyyəti, tətbiq olunan yeni yanaşmalar, fərqli ehtiyacları olan şagirdlərlə işin təşkili və psixoloji dəstəyin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

