Təhsil 365 - Logo Mobile

ADU-da "İsrail mədəniyyəti və incəsənəti həftəsi" başa çatıb

10322.11.2025 - 15:17
ADU-da "İsrail mədəniyyəti və incəsənəti həftəsi" başa çatıb

Azərbaycan Dillər Universitetində "İsrail mədəniyyəti və incəsənəti həftəsi" tədbiri başa çatıb.

“Tehsil365” bildirir ki, tədbir həftəsi Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin İsrailşünaslıq ixtisasının müəllimi Günay Feyziyevanın təşkilatçılığı ilə 469-cu qrup İsrailşünaslıq tələbələrinin iştirakı ilə keçirilib. Həmin günlərdə İsraildə kino və teatr, İsraildə arxitektura, İsraildə musiqi və İsraildə rəqs mövzularında seminarlar təşkil olunub.

17-21 noyabr tarixlərində tələbələr İsrail kino tarixi, onun əsas ideologiyaları və təsir edən amillər haqqında geniş təhlil aparıblar. İsrail mədəniyyətində xüsusi önəm daşıyan kino və teatrın inkişafına təsir göstərən Holokost hadisəsinə diqqət çəkilib.

Tədbirin moderatoru Tomris Rəhimli olub. Günay Seyid İsrailin kino və teatr tarixi haqqında təqdimatla çıxış edib, Humay Ağayeva isə yəhudi məsələsinin əks olunduğu kinoları video təqdimatla təhlil edib.

İsraildə arxitektura mövzusunda Günay Feyziyeva İsraildə səfər zamanı canlı müşahidə etdiyi arxitektura nümunələri haqqında təqdimat edib. Elgün Allahyarov isə Tel-Aviv və Yerusəlimin əsas memarlıq xüsusiyyətləri barədə məlumat verib.

İsraildə musiqi ilə bağlı Nuray İsmayılova məşhur musiqilərin tarixi və musiqi alətləri haqqında geniş təqdimatla çıxış etmişdir. Tələbələr “Şma Israel” mahnısını Şahverən Babayevlə birgə səsləndiriblər.

İsraildə rəqs mövzusunda Günəş Cahangirov təqdimatla çıxış edib və Azərbaycan rəqsləri ilə yəhudi rəqslərini müqayisə etmişdir. Sonda tələbələr "Hava Naqila" rəqsini ediblər. Tədbir sessiyalarının sonunda suala doğru cavab verən tələbələr kitab hədiyyəsi ilə mükafatlandırılıb.

Tədbirdə Beynəlxalq Münasibətlər kafedrasının müdiri Aida Yusifzadə, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, kafedranın müəllimləri Mehparə Tajdehibonab, Şəfa Əbdürrəhimova, Mahnur Babayeva, Səbinə Muradova, Sevinc Qurbanova, Sara Ələsgərova, İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin müdiri Emiliya Xudiyeva, mərkəzin mütəxəssisi Günay Səfərova, Şərq üzrə Regionşünaslıq kafedrasının müdiri Nigar Əfəndiyeva, müəllimləri Rəna Rəcəbli, Nailə Məmmədova, Fidan Ələsgərova, Təranə Quluzadə, Rəşad Babayev, Şəfəq Mustafayeva, Aytən Hüseynova və İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbir uğurla başa çatmış və tələbələrin İsrail mədəniyyəti və incəsənəti sahəsində biliklərinin artırılmasına mühüm töhfə verib.

Aysel Paşayeva

Xəbər Lenti

Prezident İlham Əliyev: Media mühiti sürətli transformasiyaya məruz qalır22.11.2025 - 19:53
Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb22.11.2025 - 19:45
HTP çərçivəsində Çində təhsillə bağlı sənəd qəbulu başlayıb22.11.2025 - 19:35
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib22.11.2025 - 19:26
“Sosial iş insanlara təsir etmək və həyatlarında dəyişiklik yaratmaq deməkdir” — Sehri İbrahimova22.11.2025 - 19:23
“Öz həyatını fədakarcasına məktəbə və şagirdlərə həsr etmiş müəllimlərimiz var” – Nazir22.11.2025 - 19:12
Ordubadda erkən nikahın qarşısı alınıb22.11.2025 - 18:59
Nazirdən ictimaiyyətə müraciət: Təklif nədirsə, onu müzakirə edək22.11.2025 - 18:47
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 18:32
Şabranda "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib22.11.2025 - 18:30
“Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: tarix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi” kitabı çap olunub22.11.2025 - 18:29
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 18:14
Vüsal Qasımlı: "Türkiyə və Pakistan "Yaşıl və Rəqəmsal İpək Yolu" startap layihəsinə qoşulub"22.11.2025 - 18:00
"Başqa dildə olan cizgi filmlər uşaqda bir növ qarışıqlıq yaradır "22.11.2025 - 17:45
Az stres, yüksək motivasiya: Müəllimlərimiz niyə liderdir?22.11.2025 - 17:30
Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib22.11.2025 - 17:15
Tarixi Vətənə qovuşduran 8 addım – Zəfər muzeyindən reportaj22.11.2025 - 17:00
Qazaxıstanda qəzaların qarşısını almaq üçün dronlardan istifadə olunur22.11.2025 - 16:56
Milli Kitabxanada “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub22.11.2025 - 16:45
ADU-da “EkoArt” Sərgisi – Tullantılardan sənətə sərgisi keçiriləcək22.11.2025 - 16:30
ADU-da “Yapon Qadın Tarixi” adlı seminar keçirilib22.11.2025 - 16:15
Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı olub22.11.2025 - 16:00
Sabah Azərbaycanda hava əsasən buludsuz olacaq22.11.2025 - 15:45
Misli Premyer Liqasında XII turun daha iki oyunu keçirilib22.11.2025 - 15:30
Gəncədə 15 yaşlı şəxs bıçaqlandı22.11.2025 - 15:03
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 14:48
17 yaşlı yeniyetmə sığınacaqdan niyə qaçıb?22.11.2025 - 14:36
Azərbaycanın rəqəmsal inkişaf təcrübəsi Afrikanın bəzi ölkələrində tətbiq edilə bilər22.11.2025 - 14:22
Cənubi Afrikada UCT-nin Təhsil Konfransı gələcəyə yeni baxış təqdim etdi22.11.2025 - 14:03
Yunanıstanda müəllimlərə AI təlimi başladı22.11.2025 - 13:48
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 13:36
Beynəlxalq təhsil sərgisi baş tutacaq22.11.2025 - 13:20
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu bölmə iclasları ilə davam edib22.11.2025 - 13:03
ADPU-da əməkdaş və tələbələrin məmnunluq sorğularının nəticələri islahatlara istiqamət verir22.11.2025 - 12:49
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 12:38
Heydər Əliyev Fondu Lənkəranda uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib22.11.2025 - 12:27
Sosial Xidmətlər Agentliyində məktəblilərlə görüş keçirilib22.11.2025 - 12:13
Sabah 21 dərəcə isti olacaq22.11.2025 - 11:55
Dövlət Akademik Filarmoniyasında Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr edilmiş konsert olub22.11.2025 - 11:40
Müsahibə ilə universitetə qəbul ola biləcəyik?22.11.2025 - 11:20
Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsi təqdim olunacaq22.11.2025 - 11:05
"Covid-19"dan sonra ən yoluxucu virus aşkarlanıb22.11.2025 - 10:50
Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib22.11.2025 - 10:35
Ağstafada “Müasir inklüziv təhsilin yeni yanaşmaları və tətbiq modelləri” adlı tədbir keçirildi22.11.2025 - 10:35
Azərbaycanlı dramaturqun pyesi əsasında çəkilmiş “37 nömrəli” film nümayiş olunub22.11.2025 - 10:20
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 10:05
“Şəhidin səsi”nin növbəti buraxılışı Ayaz İmanzadənin xatirəsinə həsr olunur22.11.2025 - 09:50