Azərbaycan Dillər Universitetində “EkoArt” sərgisi keçiriləcək. Sərgidə iştirak etmək üçün tələbələrdən tullantı materiallardan yaradıcı incəsənət əsərləri hazırlamaları tələb olunur. Təşkilatçılar iştirakçıları həm təbiəti qorumağa, həm də yaradıcılıqlarını nümayiş etdirməyə dəvət edirlər.
“Tehsil365” bildirir ki, sərgi çərçivəsində qaliblər aşağıdakı mükafatlarla təltif olunacaq:
1-ci yer – 300 manat
2-ci yer – 200 manat
3-cü yer – 100 manat
Sərgidə iştirak üçün son müraciət tarixi 15 dekabrdır. Müraciətlər Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinə təqdim edilməlidir.
Təşkilatçılar bütün tələbələri ekoloji düşüncəni sənətlə birləşdirməyə dəvət edirlər.

