Təhsil 365 - Logo Mobile

Tarixi Vətənə qovuşduran 8 addım – Zəfər muzeyindən reportaj

10322.11.2025 - 17:00
Tarixi Vətənə qovuşduran 8 addım – Zəfər muzeyindən reportaj

Səkkiz rəqəmi Azərbaycan xalqı üçün xüsusi məna ifadə edir. Otuz ilə yaxın davam edən işğalın başa çatdığı, miflərin darmadağın edildiyi və qəhrəmanlığın simvolu olan 8 rəqəmi... 8 Noyabr metrostansiyası, 8 Noyabr prospekti, Zəfər parkındakı 8 Noyabr memorial abidəsi və nəhayət, 8 zaldan ibarət Zəfər muzeyi... Muzeyin açılışı da elə noyabrın 8-nə təsadüf etdi.

“Tehsil365” bildirir ki, AZƏRTAC-ın müxbirləri Zəfər muzeyini ziyarət ediblər. Muzeyə yaxınlaşarkən “Qarabağ Azərbaycandır!” yazılmış lövhənin qarşısında qalib ölkə Prezidenti İlham Əliyevin fotosu əks olunub. Divarlarda Vətən fədailərinin adları həkk olunub. Onların adlarını oxuduqca qürur və kədər hissləri bir-birinə qarışır. Girişdə Vətən müharibəsində Zəfərin qazanılmasının başlıca amil olan, xalq-ordu-dövlət birliyinin təcəssümü olan “Dəmir yumruq” instalyasiyası və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışından fikirlər əks olunub.

Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlanan ilk zalı ziyarətçinin həmin torpaqların çal-çağırlı vaxtlarına aparır. Zalın divarlarındakı barelyeflər bölgənin qədim tarixi abidələrini əks etdirir, videomateriallar isə Qarabağın memarlıq irsindən və çoxəsrlik tarixindən bəhs edir. Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə divardakı kitab instalyasiyasında xüsusi yer ayrılıb. Mərkəzdəki interaktiv kitablar Qarabağın təbiətini, ədəbi irsini, musiqisini və xalq sənətlərini kəşf etməyə imkan yaradır. Zalın sonundakı ekranlar Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərin həyatını daha yaxından tanımağa şərait yaradır. Bu məkan Qarabağın keçmişi, bu günü və gələcəyə daşıdığı ruhu birləşdirən yaddaş simvoluna çevrilir.

“Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” adlanan növbəti zal Qarabağ münaqişəsinin ağrılı, lakin unudulmaz səhifələrini əks etdirir. Zaldakı eksponatları izlədikcə əzəli və əbədi torpaqlarımızın başının üstünü alan qara buludlar, anidən çökən qaranlıq, üzlərdə donan təbəssüm göz önünə gəlir. Lakin o günlər qayıdacağına ümid verən bir işıq da sezilir…

Zalın mərkəzində Qarabağda işğal dövründə dağıdılmış binaların taleyinə həsr olunan kompozisiya yerləşir. Ağdamdan gətirilmiş daşlardan yaradılan bu əsər həyatın yenidən dirçəlişini simvolizə edir. Böyük ekranda qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımı və mina qurbanları, eləcə də işğal dövründə dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Zalda münaqişənin tarixi kökləri, xronologiyası, eyni zamanda, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Burada Ermənistan tərəfindən törədilmiş terror aktları və müharibənin ağır nəticələrinə dair faktlar da əksini tapıb.

Muzeyin üçüncü “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” zalı Vətən müharibəsinə həsr olunub. Zalın mərkəzində LED monolitlər süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçi üçün döyüş atmosferi yaradır. Həmin hissədə quraşdırılmış 5 vertikal monitorda döyüş əməliyyatları, hərbi uğurlar və mülki əhaliyə qarşı hücumlarla bağlı materiallar təqdim olunur. İnteraktiv monitorlar vasitəsilə ziyarətçilər 44 gün ərzində baş vermiş bütün önəmli hadisələri, eləcə də ölkə başçısının xalqa və mətbuata müraciətlərini izləyə bilərlər. Holoqrafik ekranlar müasir hərbi texnikanı və əsgərlərin avadanlıqlarını 3D formatda nümayiş etdirir, mərkəzdəki interaktiv xəritələr isə azad olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların mərhələlərini ardıcıllıqla canlandırır.

Zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri nümayiş olunur. Burada Prezident İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsi və Zəfər Günü ilə bağlı qəbul edilmiş bir sıra Fərman və sərəncamlar sərgilənir.

“Şanlı Zəfər. Şuşanın azad olunması” zalı mistik gücə malikdir. Vətən müharibəsinin unikal məqamları, qəhrəmanların şəhid və yaralı döyüş yoldaşlarını çiyninə alaraq yalın əllə sıldırım qayalara dırmaşdıqları Şuşa əməliyyatı göz önünə gəlir.

Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitor şəhərin müharibə dövründə və bərpadan sonra olan görüntülərini təqdim edir. Böyük ekranda Şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

“Qəhrəmanlar yolu” adlı zalda böyük monitorda Qarabağın gün batımı fonunda döyüşçülərin qürurla irəlilədikləri anlar təsvir olunur. Burada Vətən müharibəsi qəhrəmanlarına təqdim olunan orden və medallar nümayiş edilir. Həmin zal ziyarətçiləri xalqın birliyi və qələbə sevincinin simvolizə edildiyi növbəti zala aparan dəhliz rolunu oynayır.

Muzeyin altıncı “Qarabağ Azərbaycandır!” zalına daxil olarkən beş il əvvəl baş verənlər - üçrəngli bayraqları başı üzərinə qaldıraraq küçələrə axışan sakinlərin Qələbə sevinci, onların bir-birini qucaqlayaraq təbrik etməsi, ərşə ucalan dualar, alqışlar, şəhidlər üçün axıdılan göz yaşları – bir film fraqmenti kimi yada düşür.

Zalın mərkəzində Murano şüşəsindən hazırlanmış Şanlı Zəfərin və Qarabağın dirçəlişinin simvoluna çevrilmiş Xarıbülbül çiçəyinin instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfər sevincinin səhnələri nümayiş olunur.

“Dövlət suverenliyinin bərpası. 20.09.2023” zalı isə izləyiciləri Vətən müharibəsinin məntiqi davamı olan antiterror əməliyyatlarına aparır. Azərbaycan Ordusunun bölmələri qarşısında 24 saat tab gətirməyərək ağ bayraq qaldıran Ermənistan ordusunun tör-töküntülərinin biabırçı məğlubiyyəti, Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və müasir tarixindəki əsas qələbələr təqdim edilir. Monitorlar vasitəsilə Vətən müharibəsindən əvvəl və Zəfər günündən sonra şəhid olanların əziz ruhuna ehtiram ifadə olunur.

Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” zalı isə işğal edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiya şəhid övladlarının səsi ilə Qarabağın gələcəyi üçün ümid dolu mesajlar verir. Üç işıqlı keçid bərpa, ekoturizm və inkişafla əlaqədar görüləcək işlərdən soraq verir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur, interaktiv ekranlarda bərpa layihələri nümayiş edilir.

Aysel Paşayeva

Xəbər Lenti

Prezident İlham Əliyev: Media mühiti sürətli transformasiyaya məruz qalır22.11.2025 - 19:53
Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb22.11.2025 - 19:45
HTP çərçivəsində Çində təhsillə bağlı sənəd qəbulu başlayıb22.11.2025 - 19:35
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib22.11.2025 - 19:26
“Sosial iş insanlara təsir etmək və həyatlarında dəyişiklik yaratmaq deməkdir” — Sehri İbrahimova22.11.2025 - 19:23
“Öz həyatını fədakarcasına məktəbə və şagirdlərə həsr etmiş müəllimlərimiz var” – Nazir22.11.2025 - 19:12
Ordubadda erkən nikahın qarşısı alınıb22.11.2025 - 18:59
Nazirdən ictimaiyyətə müraciət: Təklif nədirsə, onu müzakirə edək22.11.2025 - 18:47
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 18:32
Şabranda "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib22.11.2025 - 18:30
“Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: tarix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi” kitabı çap olunub22.11.2025 - 18:29
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 18:14
Vüsal Qasımlı: "Türkiyə və Pakistan "Yaşıl və Rəqəmsal İpək Yolu" startap layihəsinə qoşulub"22.11.2025 - 18:00
"Başqa dildə olan cizgi filmlər uşaqda bir növ qarışıqlıq yaradır "22.11.2025 - 17:45
Az stres, yüksək motivasiya: Müəllimlərimiz niyə liderdir?22.11.2025 - 17:30
Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib22.11.2025 - 17:15
Qazaxıstanda qəzaların qarşısını almaq üçün dronlardan istifadə olunur22.11.2025 - 16:56
Milli Kitabxanada “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub22.11.2025 - 16:45
ADU-da “EkoArt” Sərgisi – Tullantılardan sənətə sərgisi keçiriləcək22.11.2025 - 16:30
ADU-da “Yapon Qadın Tarixi” adlı seminar keçirilib22.11.2025 - 16:15
Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı olub22.11.2025 - 16:00
Sabah Azərbaycanda hava əsasən buludsuz olacaq22.11.2025 - 15:45
Misli Premyer Liqasında XII turun daha iki oyunu keçirilib22.11.2025 - 15:30
ADU-da "İsrail mədəniyyəti və incəsənəti həftəsi" başa çatıb22.11.2025 - 15:17
Gəncədə 15 yaşlı şəxs bıçaqlandı22.11.2025 - 15:03
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 14:48
17 yaşlı yeniyetmə sığınacaqdan niyə qaçıb?22.11.2025 - 14:36
Azərbaycanın rəqəmsal inkişaf təcrübəsi Afrikanın bəzi ölkələrində tətbiq edilə bilər22.11.2025 - 14:22
Cənubi Afrikada UCT-nin Təhsil Konfransı gələcəyə yeni baxış təqdim etdi22.11.2025 - 14:03
Yunanıstanda müəllimlərə AI təlimi başladı22.11.2025 - 13:48
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 13:36
Beynəlxalq təhsil sərgisi baş tutacaq22.11.2025 - 13:20
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu bölmə iclasları ilə davam edib22.11.2025 - 13:03
ADPU-da əməkdaş və tələbələrin məmnunluq sorğularının nəticələri islahatlara istiqamət verir22.11.2025 - 12:49
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 12:38
Heydər Əliyev Fondu Lənkəranda uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib22.11.2025 - 12:27
Sosial Xidmətlər Agentliyində məktəblilərlə görüş keçirilib22.11.2025 - 12:13
Sabah 21 dərəcə isti olacaq22.11.2025 - 11:55
Dövlət Akademik Filarmoniyasında Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr edilmiş konsert olub22.11.2025 - 11:40
Müsahibə ilə universitetə qəbul ola biləcəyik?22.11.2025 - 11:20
Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsi təqdim olunacaq22.11.2025 - 11:05
"Covid-19"dan sonra ən yoluxucu virus aşkarlanıb22.11.2025 - 10:50
Ağstafada “Müasir inklüziv təhsilin yeni yanaşmaları və tətbiq modelləri” adlı tədbir keçirildi22.11.2025 - 10:35
Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib22.11.2025 - 10:35
Azərbaycanlı dramaturqun pyesi əsasında çəkilmiş “37 nömrəli” film nümayiş olunub22.11.2025 - 10:20
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 10:05
“Şəhidin səsi”nin növbəti buraxılışı Ayaz İmanzadənin xatirəsinə həsr olunur22.11.2025 - 09:50