Bu gün, 23 noyabr, Vətən Müharibəsi şəhidi, polkovnik Babək Mətləb oğlu Səmidlinin şəhidliyinin ildönümüdür.
"Tehsil365" xəbər verir ki,
O, 1974-cü il yanvarın 7-də Göyçay rayonunda anadan olmuş, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və gücləndirilməsində mühüm rol oynamış zabitlərdən biri olmuşdur.
Polkovnik Babək Səmidli Silahlı Qüvvələrin 1-ci Ordu Korpusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini vəzifəsində çalışırdı. Aprel döyüşlərində göstərdiyi igidliklə yanaşı, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində də ön cəbhədə xüsusi fəallıqla iştirak etmişdir.
Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra, döyüş meydanında düşmən meyitlərinin toplanması zamanı Suqovuşan istiqamətində mina partlayışı nəticəsində şəhid olmuşdur. Onun itkisi, yalnız ailəsi və yaxınları üçün deyil, bütövlükdə Azərbaycan ordusu və xalqı üçün ağır bir itki oldu.
Babək Səmidli yüksək peşəkarlığı, əsgərlərinə mənəvi dəstəyi və sarsılmaz vətən sevgisi ilə seçilirdi. Onun xatirəsi daim hörmətlə yad edilir. Allah rəhmət eləsin.

