Bu gün, 23 noyabr, Azərbaycan-sovet snayperi, baş çavuş Balaoğlan Mirzağa oğlu Abbasovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki,
O, 1942-ci ilin bu günü Volqoqrad vilayətində İkinci Dünya müharibəsi zamanı şəhid olmuşdur.
1919-cu ildə Lənkəranda anadan olan Balaoğlan Abbasov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan və Sovet İttifaqı tarixində yadda qalmışdır. O, İkinci Dünya müharibəsinin çətin və önəmli dövrlərində snayper kimi döyüşlərdə iştirak etmiş, vətəni üçün canını fəda etmişdir.
Baş çavuş Balaoğlan Abbasovun igidliyi və vətənpərvərliyi bu gün də nəsillərə nümunə olaraq xatırlanır.
Allah rəhmət eləsin!

