Təhsil 365 - Logo Mobile

Şabranda "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib

8522.11.2025 - 18:30
Şabranda "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon şöbəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü öldönümünə həsr olunmuş "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib.

Tehsil365’ xəbər verir ki, Şabran rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Ərazi Partiya Təşkilatının sədrləri, partiya fəalları, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbir çərçivəsində ilk olaraq Şabran rayonu Heydər Əliyev Mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin büstü qarşısına tər-gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qeyd ediblər ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi göstərir ki, hər bir milli yüksəliş, hər bir tarixi dönüş xalqın iradəsi və uzaqgörən liderin müdrik rəhbərliyi ilə mümkündür. XX əsrin sonlarında, müstəqilliyini yenicə bərpa edib, lakin daxili çətinliklər, siyasi böhran və separatizm təhlükəsi ilə üzləşən Azərbaycana məhz belə bir lider və siyasi qüvvə lazım idi. Bu zərurətdən doğan hadisə - 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaranması müasir tariximizin ən mühüm siyasi mərhələlərindən biridir. O dövrdə xalqın taleyi, dövlətin gələcəyi sual altında idi. Məhz bu şəraitdə xalqın istəyi ilə formalaşan Yeni Azərbaycan Partiyası (YAP) milli birliyin, dövlətçiliyin və sabitliyin bərqərar olmasında əsas rol oynadı.

Ulu öndər Heydər Əliyev deyirdi ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, gələcəyin partiyasıdır, Azərbaycanın tərəqqisi və sabitliyi bu partiyanın fəaliyyətindən asılı olacaq. Bu fikirlər zamanla tam təsdiqini tapdı. 2003-cü ildə ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Prezident seçildikdən sonra partiyanın fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev YAP-ın ideoloji əsaslarını müasir çağırışlara uyğun şəkildə inkişaf etdirdi.

Bu gün, partiyanın yaranmasının 33-cü ildönümünü qeyd edərkən aydın görürük ki, Yeni Azərbaycan Partiyası təkcə bir siyasi təşkilat deyil, Azərbaycan dövlətçiliyinin ideoloji sütunu, sabitliyin təminatçısı və inkişafın lokomotividir. Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın etimadını qazanaraq, ölkədə siyasi sabitliyin və inkişafın əsas qüvvəsinə çevrildi. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə milli ideoloji dirçəlişin əsasını qoydu. Onun rəhbərliyi ilə partiya cəmiyyətin bütün təbəqələrini bir araya gətirərək milli birliyi təmin etdi.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır". Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 33 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.

Qeyd olunub ki, Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə şəhid atası, Vətən müharibəsi veteranı, Birinci Qarabağ müharibəsi iştirakçıları və təhsil işçisi fəxri fərmanlarla təltif olunub, Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub.


Könül Əsgərova

Xəbər Lenti

Prezident İlham Əliyev: Media mühiti sürətli transformasiyaya məruz qalır22.11.2025 - 19:53
Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb22.11.2025 - 19:45
HTP çərçivəsində Çində təhsillə bağlı sənəd qəbulu başlayıb22.11.2025 - 19:35
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib22.11.2025 - 19:26
“Sosial iş insanlara təsir etmək və həyatlarında dəyişiklik yaratmaq deməkdir” — Sehri İbrahimova22.11.2025 - 19:23
“Öz həyatını fədakarcasına məktəbə və şagirdlərə həsr etmiş müəllimlərimiz var” – Nazir22.11.2025 - 19:12
Ordubadda erkən nikahın qarşısı alınıb22.11.2025 - 18:59
Nazirdən ictimaiyyətə müraciət: Təklif nədirsə, onu müzakirə edək22.11.2025 - 18:47
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 18:32
“Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: tarix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi” kitabı çap olunub22.11.2025 - 18:29
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 18:14
Vüsal Qasımlı: "Türkiyə və Pakistan "Yaşıl və Rəqəmsal İpək Yolu" startap layihəsinə qoşulub"22.11.2025 - 18:00
"Başqa dildə olan cizgi filmlər uşaqda bir növ qarışıqlıq yaradır "22.11.2025 - 17:45
Az stres, yüksək motivasiya: Müəllimlərimiz niyə liderdir?22.11.2025 - 17:30
Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib22.11.2025 - 17:15
Tarixi Vətənə qovuşduran 8 addım – Zəfər muzeyindən reportaj22.11.2025 - 17:00
Qazaxıstanda qəzaların qarşısını almaq üçün dronlardan istifadə olunur22.11.2025 - 16:56
Milli Kitabxanada “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub22.11.2025 - 16:45
ADU-da “EkoArt” Sərgisi – Tullantılardan sənətə sərgisi keçiriləcək22.11.2025 - 16:30
ADU-da “Yapon Qadın Tarixi” adlı seminar keçirilib22.11.2025 - 16:15
Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı olub22.11.2025 - 16:00
Sabah Azərbaycanda hava əsasən buludsuz olacaq22.11.2025 - 15:45
Misli Premyer Liqasında XII turun daha iki oyunu keçirilib22.11.2025 - 15:30
ADU-da "İsrail mədəniyyəti və incəsənəti həftəsi" başa çatıb22.11.2025 - 15:17
Gəncədə 15 yaşlı şəxs bıçaqlandı22.11.2025 - 15:03
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 14:48
17 yaşlı yeniyetmə sığınacaqdan niyə qaçıb?22.11.2025 - 14:36
Azərbaycanın rəqəmsal inkişaf təcrübəsi Afrikanın bəzi ölkələrində tətbiq edilə bilər22.11.2025 - 14:22
Cənubi Afrikada UCT-nin Təhsil Konfransı gələcəyə yeni baxış təqdim etdi22.11.2025 - 14:03
Yunanıstanda müəllimlərə AI təlimi başladı22.11.2025 - 13:48
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 13:36
Beynəlxalq təhsil sərgisi baş tutacaq22.11.2025 - 13:20
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu bölmə iclasları ilə davam edib22.11.2025 - 13:03
ADPU-da əməkdaş və tələbələrin məmnunluq sorğularının nəticələri islahatlara istiqamət verir22.11.2025 - 12:49
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 12:38
Heydər Əliyev Fondu Lənkəranda uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib22.11.2025 - 12:27
Sosial Xidmətlər Agentliyində məktəblilərlə görüş keçirilib22.11.2025 - 12:13
Sabah 21 dərəcə isti olacaq22.11.2025 - 11:55
Dövlət Akademik Filarmoniyasında Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr edilmiş konsert olub22.11.2025 - 11:40
Müsahibə ilə universitetə qəbul ola biləcəyik?22.11.2025 - 11:20
Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsi təqdim olunacaq22.11.2025 - 11:05
"Covid-19"dan sonra ən yoluxucu virus aşkarlanıb22.11.2025 - 10:50
Ağstafada “Müasir inklüziv təhsilin yeni yanaşmaları və tətbiq modelləri” adlı tədbir keçirildi22.11.2025 - 10:35
Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib22.11.2025 - 10:35
Azərbaycanlı dramaturqun pyesi əsasında çəkilmiş “37 nömrəli” film nümayiş olunub22.11.2025 - 10:20
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 10:05
“Şəhidin səsi”nin növbəti buraxılışı Ayaz İmanzadənin xatirəsinə həsr olunur22.11.2025 - 09:50