Təhsil 365 - Logo Mobile

ADPU-da əməkdaş və tələbələrin məmnunluq sorğularının nəticələri islahatlara istiqamət verir

10422.11.2025 - 12:49
ADPU-da əməkdaş və tələbələrin məmnunluq sorğularının nəticələri islahatlara istiqamət verir

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi şuranın növbəti iclası keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, ADPU-da bildirilib ki, universitetin rektoru professor Cəfər Cəfərov tədris və elmi fəaliyyət sahəsində aparılan yeniliklər, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən addımlar barədə söz açıb. Rektor həm professor-müəllim heyətinin, həm də tələbələrin respublika və dünya səviyyəsində qazandıqları uğurları xüsusi vurğulayaraq, bu nailiyyətlərin ADPU-nun elmi və tədris mühitində nüfuzunu artırdığını bildirib. O, həmçinin növbəti günlərdə universitetin tərəfdaşlığı və ev sahibliyi ilə həyata keçiriləcək konfrans və tədbirlərə hazırlıq prosesi barədə məlumat verilib.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov 2025-ci ildə universitetdə tələbə, məzun, professor-müəllim və inzibati heyət arasında həyata keçirilmiş sorğularının nəticələrinə dair geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, cari ildə sorğularda iştirak göstəricilərində əvvəlki illə müqayisədə ciddi artım müşahidə olunub. Tədrisin keyfiyyəti ilə bağlı tələbələr arasında keçirilən məmnuniyyət sorğusunda iştirak edən 5137 tələbədən 81 faizi müəllimlərin fənni tədris etmə bacarığından tamamilə razıdır. Respondentlərin 73 faizi tədris proqramlarının təhsil sahəsində zəruri olan xüsusi bilik və bacarıqlarla tam uyğunlaşdığını, 70.2 faizi müəllimlər fənni daha yaxşı mənimsətmək üçün doğru və effektiv metodlardan istifadə etdiyini düşünür. Tələbələrin böyük əksəriyyəti kitabxana və yeməkxananın fəaliyyətindən, İKT və auditoriyalar üzrə infrastrkturdan razıdır. Təqdimatda, həmçinin respondentlərin açıq suallara verdiyi 9000-dən çox rəyin analizi təqdim olunub.

İclasda elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, rektorun müşaviri Ümid Mehdiyev və Elmi katib Nərminə Abdullayeva cari məsələlərlə bağlı təklifləri təqdim ediblər. Dissertasiya mövzularının təsdiqi, doktorantların status dəyişiklikləri, Elmi-metodiki şuranın yeni tərkibinin müəyyənləşdirilməsi, 2026-2027-ci tədris ili üçün tələbə qəbulu proqnoz planının təsdiqi, dərs vəsaitlərinin nəşrinə icazə verilməsi, monitorinq sənədlərinin təsdiqi və digər məsələlər müzakirəyə çıxarılıb.

Sonda təklif edilən məsələlər səsə qoyularaq qəbul edilib.

Səma Qarayeva

Xəbər Lenti

Prezident İlham Əliyev: Media mühiti sürətli transformasiyaya məruz qalır22.11.2025 - 19:53
Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb22.11.2025 - 19:45
HTP çərçivəsində Çində təhsillə bağlı sənəd qəbulu başlayıb22.11.2025 - 19:35
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib22.11.2025 - 19:26
“Sosial iş insanlara təsir etmək və həyatlarında dəyişiklik yaratmaq deməkdir” — Sehri İbrahimova22.11.2025 - 19:23
“Öz həyatını fədakarcasına məktəbə və şagirdlərə həsr etmiş müəllimlərimiz var” – Nazir22.11.2025 - 19:12
Ordubadda erkən nikahın qarşısı alınıb22.11.2025 - 18:59
Nazirdən ictimaiyyətə müraciət: Təklif nədirsə, onu müzakirə edək22.11.2025 - 18:47
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 18:32
Şabranda "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib22.11.2025 - 18:30
“Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: tarix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi” kitabı çap olunub22.11.2025 - 18:29
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 18:14
Vüsal Qasımlı: "Türkiyə və Pakistan "Yaşıl və Rəqəmsal İpək Yolu" startap layihəsinə qoşulub"22.11.2025 - 18:00
"Başqa dildə olan cizgi filmlər uşaqda bir növ qarışıqlıq yaradır "22.11.2025 - 17:45
Az stres, yüksək motivasiya: Müəllimlərimiz niyə liderdir?22.11.2025 - 17:30
Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib22.11.2025 - 17:15
Tarixi Vətənə qovuşduran 8 addım – Zəfər muzeyindən reportaj22.11.2025 - 17:00
Qazaxıstanda qəzaların qarşısını almaq üçün dronlardan istifadə olunur22.11.2025 - 16:56
Milli Kitabxanada “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub22.11.2025 - 16:45
ADU-da “EkoArt” Sərgisi – Tullantılardan sənətə sərgisi keçiriləcək22.11.2025 - 16:30
ADU-da “Yapon Qadın Tarixi” adlı seminar keçirilib22.11.2025 - 16:15
Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı olub22.11.2025 - 16:00
Sabah Azərbaycanda hava əsasən buludsuz olacaq22.11.2025 - 15:45
Misli Premyer Liqasında XII turun daha iki oyunu keçirilib22.11.2025 - 15:30
ADU-da "İsrail mədəniyyəti və incəsənəti həftəsi" başa çatıb22.11.2025 - 15:17
Gəncədə 15 yaşlı şəxs bıçaqlandı22.11.2025 - 15:03
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 14:48
17 yaşlı yeniyetmə sığınacaqdan niyə qaçıb?22.11.2025 - 14:36
Azərbaycanın rəqəmsal inkişaf təcrübəsi Afrikanın bəzi ölkələrində tətbiq edilə bilər22.11.2025 - 14:22
Cənubi Afrikada UCT-nin Təhsil Konfransı gələcəyə yeni baxış təqdim etdi22.11.2025 - 14:03
Yunanıstanda müəllimlərə AI təlimi başladı22.11.2025 - 13:48
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb22.11.2025 - 13:36
Beynəlxalq təhsil sərgisi baş tutacaq22.11.2025 - 13:20
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu bölmə iclasları ilə davam edib22.11.2025 - 13:03
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub22.11.2025 - 12:38
Heydər Əliyev Fondu Lənkəranda uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib22.11.2025 - 12:27
Sosial Xidmətlər Agentliyində məktəblilərlə görüş keçirilib22.11.2025 - 12:13
Sabah 21 dərəcə isti olacaq22.11.2025 - 11:55
Dövlət Akademik Filarmoniyasında Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr edilmiş konsert olub22.11.2025 - 11:40
Müsahibə ilə universitetə qəbul ola biləcəyik?22.11.2025 - 11:20
Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsi təqdim olunacaq22.11.2025 - 11:05
"Covid-19"dan sonra ən yoluxucu virus aşkarlanıb22.11.2025 - 10:50
Ağstafada “Müasir inklüziv təhsilin yeni yanaşmaları və tətbiq modelləri” adlı tədbir keçirildi22.11.2025 - 10:35
Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib22.11.2025 - 10:35
Azərbaycanlı dramaturqun pyesi əsasında çəkilmiş “37 nömrəli” film nümayiş olunub22.11.2025 - 10:20
Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub22.11.2025 - 10:05
“Şəhidin səsi”nin növbəti buraxılışı Ayaz İmanzadənin xatirəsinə həsr olunur22.11.2025 - 09:50