Mingəçevirdə dəhşətli hadisə baş verib. 11-ci sinif şagirdi qətlə yetirilib.
“Tehsil365” xəbər verir ki, Hadisə ilə bağlı yayılan ilkin məlumatlara görə, cinayəti törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hazırda hadisənin motivləri araşdırılır. Məlumata görə, insident məktəbdən kənarda, şəxsi mübahisə zəminində baş verib. Hadisənin bütün təfərrüatları istintaqla müəyyənləşdiriləcək.
Qeyd edək ki, bu, son bir həftə ərzində məktəblilərlə bağlı qeydə alınan ikinci ağır hadisədir. Ekspertlər və ictimaiyyət bu cür hadisələrin artmasından narahatlıq bildirir, yeniyetmələr arasında zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində və ailələrdə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə çağırış edirlər.
Hadisə ilə bağlı araşdırma davam edir.

