Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.
“Tehsil365” xəbər verir ki,polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Nağıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü N.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya gətirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

