Təhsil 365 - Logo Mobile

Şabranda "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib

2723.11.2025 - 11:40
Şabranda "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Şabran rayon şöbəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü öldönümünə həsr olunmuş "33 il - Tərəqqi və Zəfər" adlı konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, Şabran rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Ərazi Partiya Təşkilatının sədrləri, partiya fəalları, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbir çərçivəsində ilk olaraq Şabran rayonu Heydər Əliyev Mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin büstü qarşısına tər-gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qeyd ediblər ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi göstərir ki, hər bir milli yüksəliş, hər bir tarixi dönüş xalqın iradəsi və uzaqgörən liderin müdrik rəhbərliyi ilə mümkündür. XX əsrin sonlarında, müstəqilliyini yenicə bərpa edib, lakin daxili çətinliklər, siyasi böhran və separatizm təhlükəsi ilə üzləşən Azərbaycana məhz belə bir lider və siyasi qüvvə lazım idi. Bu zərurətdən doğan hadisə - 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaranması müasir tariximizin ən mühüm siyasi mərhələlərindən biridir. O dövrdə xalqın taleyi, dövlətin gələcəyi sual altında idi. Məhz bu şəraitdə xalqın istəyi ilə formalaşan Yeni Azərbaycan Partiyası (YAP) milli birliyin, dövlətçiliyin və sabitliyin bərqərar olmasında əsas rol oynadı.

Ulu öndər Heydər Əliyev deyirdi ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, gələcəyin partiyasıdır, Azərbaycanın tərəqqisi və sabitliyi bu partiyanın fəaliyyətindən asılı olacaq. Bu fikirlər zamanla tam təsdiqini tapdı. 2003-cü ildə ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Prezident seçildikdən sonra partiyanın fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev YAP-ın ideoloji əsaslarını müasir çağırışlara uyğun şəkildə inkişaf etdirdi.

Bu gün, partiyanın yaranmasının 33-cü ildönümünü qeyd edərkən aydın görürük ki, Yeni Azərbaycan Partiyası təkcə bir siyasi təşkilat deyil, Azərbaycan dövlətçiliyinin ideoloji sütunu, sabitliyin təminatçısı və inkişafın lokomotividir. Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın etimadını qazanaraq, ölkədə siyasi sabitliyin və inkişafın əsas qüvvəsinə çevrildi. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə milli ideoloji dirçəlişin əsasını qoydu. Onun rəhbərliyi ilə partiya cəmiyyətin bütün təbəqələrini bir araya gətirərək milli birliyi təmin etdi.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır". Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 33 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.

Qeyd olunub ki, Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə şəhid atası, Vətən müharibəsi veteranı, Birinci Qarabağ müharibəsi iştirakçıları və təhsil işçisi fəxri fərmanlarla təltif olunub, Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Nərgiz Süleymanova

Xəbər Lenti

Xəzər çəkildikcə mistik tapıntılar çoxalır: Qədim meşənin qalıqları aşkar edilib23.11.2025 - 13:49
Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ23.11.2025 - 13:45
“Populyar içkinin gerçək təsirləri: Yaşıl çay bədənə necə təsir edir?”23.11.2025 - 13:34
Sabah Bakıda 20 dərəcə isti olacaq23.11.2025 - 13:21
Banan nə dərəcədə faydalıdır?23.11.2025 - 13:09
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçirilib23.11.2025 - 12:58
Mağazada cəmi bir dəqiqəyə ətin təzəliyini necə yoxlamaq olar?23.11.2025 - 12:46
Küçədə satılan nar şirəsi zəhərlənməyə səbəb ola bilər23.11.2025 - 12:30
"Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb" 23.11.2025 - 12:16
Biləsuvarda 5-ci "Hind quşu festivalı" keçirilib23.11.2025 - 12:00
Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib23.11.2025 - 11:20
İnklüziv təhsillə bağlı təlim-seminarlar bir neçə istiqamətdə aparılıb23.11.2025 - 11:00
"Sertifikasiyanın təhsilə faydası görünür"23.11.2025 - 10:40
"Təhsilin gündəm olması yaxşı haldır" 23.11.2025 - 10:25
“Nadir Xəstəliklər Təşkilatları İttifaqı”nın ilk mətbuat konfransı keçirildi23.11.2025 - 10:10
Yeniyetməni bıçaqlayan şəxs tutuldu23.11.2025 - 09:55
Bu qidalar beyin gücünü artırır 23.11.2025 - 09:40
Bu yarpağın bir çox faydaları var23.11.2025 - 09:25
Təhsil sistemində olan zəifliyi necə aradan qaldırmaq olar?23.11.2025 - 09:10
ABŞ Ədliyyə Departamenti Kaliforniyanı məhkəməyə verir – Sənədsiz tələbələr üçün təhsil haqqı imtiyazları mübahisə doğurur23.11.2025 - 08:59
Orta məktəb rəhbərlərinin rolu dəyişməlidir – təhsildə dönüş nöqtəsi23.11.2025 - 08:46
Orta məktəblərin gələcəyini dəyişə biləcək liderlər unudulmamalıdır23.11.2025 - 08:33
Norfolk Southern Ohayoda 20 milyon dollarlıq yardımçı təlim mərkəzi inşa edəcək23.11.2025 - 08:20
SON DƏQİQƏ: Mingəçevirdə məktəbli qətlə yetirildi – 14 yaşlı yeniyetmə saxlanılıb23.11.2025 - 08:07
Texas A&M Universitetində professorun işdən çıxarılması ilə bağlı qərar səhv sayıldı23.11.2025 - 07:54
ABŞ-da qeyri-qanuni immiqrantların təhsilə çıxışı ilə bağlı yeni məhkəmə iddiası qaldırılıb23.11.2025 - 07:41
Netflix-in Reed Hastings süni intellektin məktəblərə təsirindən danışdı23.11.2025 - 07:28
Böyük Britaniya universitetlərində gender maaş fərqi artır – yarıdan çox ali təhsil müəssisəsi əmək haqqı bərabərliyini təmin edə bilmir23.11.2025 - 07:15
MHT CET PCM 2026: Maharashtra CET Cell imtahan cədvəlini açıqladı – imtahanlar aprelin 11-də başlayacaq23.11.2025 - 07:02
QS Asia 2026 reytinqində Hindistanın ali təhsil müəssisələri, o cümlədən IIT-lər geriləyib23.11.2025 - 06:49
Calcutta Ali Məhkəməsi SLST 2025 imtahanında tədris təcrübəsinə veriləcək ballarla bağlı qərarını Ali Məhkəmənin qərarına qədər təxirə salıb23.11.2025 - 06:36
Andhra Pradesh SSC 2025: BSEAP tərəfindən 10-cu sinif imtahanlarının cədvəli açıqlanıb23.11.2025 - 06:23
Balaoğlan Abbasovun ölüm günü yad edilir23.11.2025 - 06:10
Üzeyir Hacıbəylinin vəfatının ildönümüdür23.11.2025 - 05:57
Xalq artisti Leyla Bədirbəylinin vəfatının ildönümüdür23.11.2025 - 05:44
Polkovnik Babək Səmidlinin şəhidliyinin ildönümüdür23.11.2025 - 05:31
Rafiq Tağının vəfatının ildönümüdür — yazıçı, filosof və cəsarətli fikir adamı23.11.2025 - 05:18
Natiq Əliyevin doğum günüdür – Azərbaycanın enerji siyasətində silinməz iz qoymuş şəxsiyyət23.11.2025 - 05:05
Azərbaycanın tanınmış siyasi xadimi İbrahim Qafarovun doğum günüdür23.11.2025 - 04:52
Azərbaycanın tanınmış yazıçısı Aqşin Babayevin doğum günüdür23.11.2025 - 04:39
23 noyabr 1994 — Azərbaycan və Nikaraqua arasında diplomatik əlaqələr qurulub23.11.2025 - 04:26
23 noyabr 1993 — Azərbaycan və Slovakiya arasında diplomatik əlaqələr qurulub23.11.2025 - 04:13
Tarixdə bu gün: 23 noyabr 1919 — Azərbaycan və Ermənistan arasında saziş imzalanıb23.11.2025 - 04:00
Prezident İlham Əliyev: Media mühiti sürətli transformasiyaya məruz qalır22.11.2025 - 19:53
Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb22.11.2025 - 19:45
HTP çərçivəsində Çində təhsillə bağlı sənəd qəbulu başlayıb22.11.2025 - 19:35
DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib22.11.2025 - 19:26