Bakı–Qazax yolunun 104-cü kilometrində, Bakı istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülür.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verib:
Bildirilib ki, qeyd olunan yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

