Təhsil 365 - Logo Mobile

Gələn il iki dəfə günəş və ay tutulması baş verəcək

10323.11.2025 - 18:59
Gələn il iki dəfə günəş və ay tutulması baş verəcək

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, 2026-cı ilin ilk Günəş tutulması fevralın 17-də baş verəcək.

‘‘Tehsil365’’ bildirir ki, bu tutulma 2008-ci il fevralın 7-də baş vermiş halqavari günəş tutulmasının təkrarı olacaq. Buna oxşar növbəti tutulma isə 2044-cü il fevralın 28-də baş verəcək.

Qismən tutulma saat 13:56:14-də başlayıb, saat 18:27:30-da sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 31 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 16:11:45-ə təsadüf edəcək və maksimumda davametmə müddəti 2 dəqiqə 20 saniyə olacaq. Mərkəzi tutulma saat 15:42:38-də başlayıb, saat 16:41:21-də başa çatacaq. Ay Yerdən daha uzaq məsafədə olduqda görünən bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında üzüyə bənzər parlaq halqa yaranır. Bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır. Ay kölgəsinin orta uzunluğu 373 320 km-dir, lakin 2026-cı il fevralın 17-də Ayın Yerdən məsafəsi 387 663 km təşkil edəcək. Buna görə də Ayın kölgəsi Yer səthinə çatmayacaq. Nəticədə Ay Günəş diskinin yalnız 0,963 hissəsini örtəcək və Günəşin nazik parlaq halqası görünəcək. Halqavari tutulma zamanı Günəşin bu parlaq halqası Günəş tacını (koronanı) və Günəşin yaxınlığında yerləşən ulduzları görməyə imkan vermir.

Halqavari tutulma Antarktida və Hind okeanının cənub akvatoriyasında müşahidə olunacaq. Qismən tutulma fazaları isə demək olar ki, bütün Antarktidada (yalnız Yeni Zelandiya istiqamətinə baxan sahil zolaqları istisna olmaqla), həmçinin Çilinin və Argentinanın cənubunda, Cənubi Afrikada, Madaqaskarda, Botsvananın mərkəzi və cənubunda (qərb və şimal-qərb rayonları istisna olmaqla), Zimbabvedə, Malavidə, Mozambikdə, Tanzaniyanın cənubunda, həmçinin Atlantik okeanının cənub zonasında və Hind okeanının cənub-qərb və cənub hissələrində müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

İlin 2-ci Günəş tutulması gələn il avqustun 12-də baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Buna oxşar növbəti tutulma isə 2044-cü il avqustun 23-də baş verəcək.

Qismən tutulma saat 19:34:01-də başlayıb, saat 23:57:48-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46:06-ya təsadüf edəcək. Mərkəzi tutulma saat 20:57:54-də başlayıb, saat 22:30:01-də başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 320 km-dir. 2026-cı il avqustun 12-də isə Yer və Ay arasındakı məsafə 359 445 km təşkil edəcək. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyük olacaq. Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində, Avropada müşahidə olunacaq. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniyada və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə olunacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin ilk Ay tutulması martın 3-də baş verəcək. Bu, tam Ay tutulması olacaq. Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur və səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır. Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır. Yarımkölgəli Ay tutulması saat 12:44:25-də, qismən Ay tutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-da başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma, saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Ay tutulması sona çatacaq.

Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu tutulma 31 dekabr 2028 – 1 yanvar 2029-cu ildə baş verəcək "Qanlı Ay" tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulma prosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin 2-ci Ay tutulması avqustun 28-də baş verəcək. Bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.

Səma Qarayeva

Xəbər Lenti

Azərbaycanda 37 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib23.11.2025 - 19:58
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb23.11.2025 - 19:45
Yeni təhsil modeli repetitorluğa son qoyacaq?23.11.2025 - 19:29
“Azərbaycan turizmi sürətlə inkişaf edir və bu inkişaf davamlı olacaq” — ekspert Rahim Quliyev23.11.2025 - 19:14
Nigeriyada oğurlanan məktəblilərdən 50-si qaçıb23.11.2025 - 18:54
Avropa Türk Liseyinin şagirdləri Biofizika İnstitutunda olublar23.11.2025 - 18:47
“Stolüstü tennis sürət, reaksiya və intizam tələb edən bir sahədir” — Məmmədova Nübar23.11.2025 - 18:46
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb23.11.2025 - 18:44
Cavanşir Quliyevin 75 illiyi belə qeyd edildi 23.11.2025 - 18:38
Noyabrın 30-dək Leonid meteor yağışı olacaq23.11.2025 - 18:33
Qadın şahmatçılarımızdan tarixi nəticə!23.11.2025 - 18:26
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır23.11.2025 - 18:22
Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb23.11.2025 - 18:21
Ərdoğanın müəllimi onun haqqında xatirələrini bölüşüb: "Məktəbimizə kuboklar, mükafatlar qazandırıb"23.11.2025 - 18:12
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib23.11.2025 - 18:04
Məşhur serial finala çıxır23.11.2025 - 17:57
Qətərdə beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcək23.11.2025 - 17:42
Yeniyetmələr və soyuq silahlar: Zorakılığın artmasının səbəbləri nələrdir?23.11.2025 - 17:42
Antarktidada nəhəng buzlaq rekord sürətlə əriyir23.11.2025 - 17:29
Azərbaycanda tanınmış idman xadimi vəfat etdi23.11.2025 - 17:28
Şalva Papuaşvili: Orta Dəhliz regionda investisiyalar üçün yeni imkanlar yaradacaq23.11.2025 - 17:23
İlin sonunadək iki super ay hadisəsi müşahidə olunacaq23.11.2025 - 17:18
Yeniyetmə cüdoçular arasında liqa yarışına yekunlaşıb23.11.2025 - 17:13
Premyer Liqa: "Sabah" xal itirib, "Neftçi" öz meydanında uduzub23.11.2025 - 17:10
"Milli indeks" məsələsi23.11.2025 - 17:05
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür23.11.2025 - 16:58
Botanika İnstitutunda III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi keçirilib23.11.2025 - 16:40
Opera Studiyasının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operası təqdim edilib23.11.2025 - 16:17
Turşunun faydaları bunlardır23.11.2025 - 16:15
Malayziya 2026-cı ildən 16 yaşdan kiçik uşaqların sosial media hesablarını açmasını qadağan edəcək23.11.2025 - 16:13
“TikTok”da daha bir yenilik23.11.2025 - 16:00
Bu çay soyuqdəymənin dərmanıdır23.11.2025 - 15:50
“X”dən yenilik23.11.2025 - 15:35
Xoruzların səhər banlamasının səbəbi budur23.11.2025 - 15:20
Şokoladın ağarmasının səbəbi budur23.11.2025 - 15:04
Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb23.11.2025 - 15:00
Dünyada ilk yaranan heyvan hansı olub? - Alimlər cavabı tapdılar23.11.2025 - 14:50
Süni intellekt Süd Yolunun ən dəqiq xəritəsini hazırladı23.11.2025 - 14:36
Süni intellekt İlon Maskı Leonardo da Vinçi və Nyutondan üstün tutdu23.11.2025 - 14:20
"Euronews": Azərbaycan D-8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir23.11.2025 - 14:14
Xəzər çəkildikcə mistik tapıntılar çoxalır: Qədim meşənin qalıqları aşkar edilib23.11.2025 - 13:59
Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ23.11.2025 - 13:45
“Populyar içkinin gerçək təsirləri: Yaşıl çay bədənə necə təsir edir?”23.11.2025 - 13:34
Sabah Bakıda 20 dərəcə isti olacaq23.11.2025 - 13:21
Banan nə dərəcədə faydalıdır?23.11.2025 - 13:09
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçirilib23.11.2025 - 12:58
Mağazada cəmi bir dəqiqəyə ətin təzəliyini necə yoxlamaq olar?23.11.2025 - 12:46