Bu gün – 24 noyabrda Azərbaycanın Milli Qəhrəmanı, şəhid əsgər Çingiz Qurbanovun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1994-cü ilin bu günündə Qusar rayonunun Həzrə kəndində dünyaya gəlib.
Çingiz Qurbanov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. 2016-cı ilin dekabrında Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Onun göstərdiyi şücaət və vətənpərvərlik Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdı.
Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.
Qəhrəmanın adı bu gün də əbədiləşdirilir: onun adına küçələr, məktəblər və xatirə lövhələri var. Çingiz Qurbanovun ömür yolu gənclər üçün Vətənə xidmətin və fədakarlığın rəmzinə çevrilib.
Ruhu qarşısında baş əyirik.

