Bu gün – 24 noyabrda Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, mayor Ramazan İzzət oğlu Hudulovun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1994-cü ildə Balakən rayonunun Qaysa kəndində dünyaya gəlib.
Ramazan Hudulov Azərbaycan Silahlı Qüvvələrinin peşəkar zabitlərindəndir. O, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşmüş, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidliklə seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mayor Ramazan Hudulov "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. O, həmçinin bir sıra orden və medallarla təltif olunub.
Qəhrəman zabitimizin doğum günündə ona möhkəm can sağlığı, uzun ömür və xidmətində uğurlar arzulayırıq. Onun kimi vətənpərvər zabitlər Azərbaycanın güc və qürur mənbəyidir.

