Bu gün tanınmış azərbaycanlı dram və kino aktyoru Elxan Hacıbaba oğlu Qurbanovun ölüm günüdür.
"Tehsil365" xəbər verir ki,
Elxan Qurbanov sənətə olan dərin sevgisi, səhnəyə və ekranlara gətirdiyi emosional dolğunluq və təbii oyun tərzi ilə tamaşaçıların yaddaşında silinməz iz qoyub. O, həm teatr səhnəsində, həm də müxtəlif filmlərdə yaddaqalan rollar ifa edib, milli mədəniyyətin inkişafına mühüm töhfələr verib.
Aktyorun sənətə bağlılığı, istedadı və sadəliyi onu həm sənət adamları, həm də tamaşaçılar arasında sevilən simalardan birinə çevirib. Bu gün onun zəngin yaradıcılığı ehtiramla xatırlanır, sənət irsi isə gələcək nəsillərə örnək olaraq qalır.
Allah rəhmət eləsin.

