2006-cı il noyabrın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) tərəfindən “Xoşməramlı səfir” adına layiq görüldü.
"Tehsil365" xəbər verir ki, Bu ali titul Mehriban Əliyevaya mədəniyyətlərarası dialoqun inkişafı, təhsilin, elmin və mədəniyyətin təşviqində göstərdiyi xidmətlərə, humanitar sahədəki fəaliyyətinə görə təqdim olunub.
Mehriban Əliyeva bu vəzifədə müxtəlif beynəlxalq təşəbbüslərin və layihələrin həyata keçirilməsində mühüm rol oynayaraq İslam dünyası ilə beynəlxalq ictimaiyyət arasında əməkdaşlığın dərinləşməsinə töhfə vermişdir.

