Təhsil 365 - Logo Mobile

“Azərbaycan turizmi sürətlə inkişaf edir və bu inkişaf davamlı olacaq” — ekspert Rahim Quliyev

10823.11.2025 - 19:14
“Azərbaycan turizmi sürətlə inkişaf edir və bu inkişaf davamlı olacaq” — ekspert Rahim Quliyev

Azərbaycanın turizm sektoru son illər ölkənin iqtisadi inkişaf templərinə uyğun şəkildə yüksələn xətlə inkişaf edir. Xarici turistlərin axınının artması, regionlarda yeni infrastrukturun yaradılması və postmüharibə dövrünün yaratdığı yeni imkanlar bu sahəni ölkənin prioritet istiqamətlərindən birinə çevirib.

Turizm eksperti Rahim Quliyev mövzu ilə bağlı “Tehsil365”ə fikirlərini bölüşüb.

Quliyevin sözlərinə görə, Azərbaycan turizminin gənc olmasına baxmayaraq, inkişaf tempi olduqca sürətlidir:

“Son illərdə ölkəyə gələn xarici turistlərin və yerli turistlərin regionlara axınında ciddi artım var. Bu artım ölkədə sabitlik, ictimai asayiş və siyasi təhlükəsizliyin yüksək səviyyədə təmin olunması ilə sıx bağlıdır.”

Ekspert bildirir ki, 3–5 il əvvəl Azərbaycanın Qarabağda müharibə xəbərləri ilə gündəmdə olması turistlərdə müəyyən tərəddüd yaradırdı, lakin bu gün vəziyyət tam dəyişib:

“Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir. Bu, beynəlxalq aləmdə həm turistlərin, həm də investorların ölkəyə inamını artırıb.”

Onun sözlərinə görə, son illər ölkədə keçirilən beynəlxalq tədbirlərin sayı da turizmin inkişafında xüsusi rol oynayıb:

“Qlobal səviyyəli ailə konfransları, dövlət başçıları tərəfindən keçirilən görüşlər, xüsusən Şuşada təşkil olunan tədbirlər dünya mediasında geniş işıqlandırılıb və ölkəmiz üçün böyük reklam effekti yaradıb.”

Quliyev əlavə edib ki, pandemiyadan sonrakı dövrdə Azərbaycan daha güclü beynəlxalq imic qazanıb və bu, turist axınını artıran əsas səbəblərdəndir.

Ekspert turistlərin ölkəyə səfərlərində təhlükəsizliyin əsas meyar olduğunu vurğulayır:

“Biz başqa ölkəyə gedəndə birinci təhlükəsizliyə baxırıq. Azərbaycanda isə ictimai asayişin yüksək səviyyədə qorunması turistlər üçün çox böyük üstünlükdür.”

Quliyev həmçinin qeyd edib ki, turist axını ilə yanaşı, ölkəyə minlərlə xarici tələbənin də gəlməsi iqtisadiyyata mühüm töhfə verir:

“Xarici tələbələrin xərcləri turistlərin xərclədiyi məbləğdən dəfələrlə çoxdur. Bu, ölkə iqtisadiyyatını gücləndirən amildir.”

Ekspert tibbi turizmin inkişaf perspektivlərinə də toxunub:

“Azərbaycanda müasir klinikalar, peşəkar həkimlər və termal sanatoriyalar tibbi turizmi genişləndirməyə imkan verir. Naftalan, Şabran və xüsusilə Qarabağdakı termal ərazilər bu sahənin gələcəyini müəyyən edən əsas nöqtələrdir.”

Onun sözlərinə görə, Laçın, Kəlbəcər və Zəngilandakı müalicəvi sular, eləcə də Zəngilandakı Gö­türsü bulağı yaxın illərdə böyük tibbi turizm mərkəzinə çevrilə bilər:

“SSRİ dövründə fəaliyyət göstərmiş sanatoriyaların 5–10 ilə tam gücü ilə yenidən işə düşməsi real görünür.”

Quliyev sonda Qarabağ bölgəsində tikilən Zəngilan, Füzuli və Laçın beynəlxalq hava limanlarının da turizmə ciddi təkan verəcəyini deyib:

“Bu hava limanları sayəsində birbaşa xarici reyslər açılacaq və regionun turizm potensialı daha sürətli inkişaf edəcək.”

Səma Qarayeva

Xəbər Lenti

Azərbaycanda 37 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib23.11.2025 - 19:58
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb23.11.2025 - 19:45
Yeni təhsil modeli repetitorluğa son qoyacaq?23.11.2025 - 19:29
Gələn il iki dəfə günəş və ay tutulması baş verəcək23.11.2025 - 18:59
Nigeriyada oğurlanan məktəblilərdən 50-si qaçıb23.11.2025 - 18:54
Avropa Türk Liseyinin şagirdləri Biofizika İnstitutunda olublar23.11.2025 - 18:47
“Stolüstü tennis sürət, reaksiya və intizam tələb edən bir sahədir” — Məmmədova Nübar23.11.2025 - 18:46
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb23.11.2025 - 18:44
Cavanşir Quliyevin 75 illiyi belə qeyd edildi 23.11.2025 - 18:38
Noyabrın 30-dək Leonid meteor yağışı olacaq23.11.2025 - 18:33
Qadın şahmatçılarımızdan tarixi nəticə!23.11.2025 - 18:26
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır23.11.2025 - 18:22
Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb23.11.2025 - 18:21
Ərdoğanın müəllimi onun haqqında xatirələrini bölüşüb: "Məktəbimizə kuboklar, mükafatlar qazandırıb"23.11.2025 - 18:12
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib23.11.2025 - 18:04
Məşhur serial finala çıxır23.11.2025 - 17:57
Yeniyetmələr və soyuq silahlar: Zorakılığın artmasının səbəbləri nələrdir?23.11.2025 - 17:42
Qətərdə beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcək23.11.2025 - 17:42
Antarktidada nəhəng buzlaq rekord sürətlə əriyir23.11.2025 - 17:29
Azərbaycanda tanınmış idman xadimi vəfat etdi23.11.2025 - 17:28
Şalva Papuaşvili: Orta Dəhliz regionda investisiyalar üçün yeni imkanlar yaradacaq23.11.2025 - 17:23
İlin sonunadək iki super ay hadisəsi müşahidə olunacaq23.11.2025 - 17:18
Yeniyetmə cüdoçular arasında liqa yarışına yekunlaşıb23.11.2025 - 17:13
Premyer Liqa: "Sabah" xal itirib, "Neftçi" öz meydanında uduzub23.11.2025 - 17:10
"Milli indeks" məsələsi23.11.2025 - 17:05
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür23.11.2025 - 16:58
Botanika İnstitutunda III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi keçirilib23.11.2025 - 16:40
Opera Studiyasının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operası təqdim edilib23.11.2025 - 16:17
Turşunun faydaları bunlardır23.11.2025 - 16:15
Malayziya 2026-cı ildən 16 yaşdan kiçik uşaqların sosial media hesablarını açmasını qadağan edəcək23.11.2025 - 16:13
“TikTok”da daha bir yenilik23.11.2025 - 16:00
Bu çay soyuqdəymənin dərmanıdır23.11.2025 - 15:50
“X”dən yenilik23.11.2025 - 15:35
Xoruzların səhər banlamasının səbəbi budur23.11.2025 - 15:20
Şokoladın ağarmasının səbəbi budur23.11.2025 - 15:04
Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb23.11.2025 - 15:00
Dünyada ilk yaranan heyvan hansı olub? - Alimlər cavabı tapdılar23.11.2025 - 14:50
Süni intellekt Süd Yolunun ən dəqiq xəritəsini hazırladı23.11.2025 - 14:36
Süni intellekt İlon Maskı Leonardo da Vinçi və Nyutondan üstün tutdu23.11.2025 - 14:20
"Euronews": Azərbaycan D-8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir23.11.2025 - 14:14
Xəzər çəkildikcə mistik tapıntılar çoxalır: Qədim meşənin qalıqları aşkar edilib23.11.2025 - 13:59
Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ23.11.2025 - 13:45
“Populyar içkinin gerçək təsirləri: Yaşıl çay bədənə necə təsir edir?”23.11.2025 - 13:34
Sabah Bakıda 20 dərəcə isti olacaq23.11.2025 - 13:21
Banan nə dərəcədə faydalıdır?23.11.2025 - 13:09
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçirilib23.11.2025 - 12:58
Mağazada cəmi bir dəqiqəyə ətin təzəliyini necə yoxlamaq olar?23.11.2025 - 12:46