İndoneziyada məktəbin çökməsi nəticəsində azı 36 nəfər həyatını itirib.
"Tehsil365" xəbər verir ki,Qəza sonrası itkin düşən tələbələrin tapılması üçün xilasetmə və axtarış işləri intensiv şəkildə davam etdirilir.
Rəsmi şəxslər və xilasedicilər hərəkətə keçərək, dağıntılar altında qalmış ola biləcək tələbələrin sağ qalması üçün çalışırlar. Hadisə yerində təcili yardım və təhlükəsizlik qüvvələri səfərbər olunub.
Bu faciə ölkədə böyük kədər və təəssüf hissi yaradıb, vətəndaşlar və hökumət itkinlərin tez bir zamanda tapılmasını ümid edir. Araşdırmalar hadisənin səbəblərinin müəyyən edilməsi üçün davam etdirilir.

