ChatGPT istifadəçinin 18 yaşdan kiçik olduğundan şübhələndikdə şəxsiyyət təsdiqini pasport vasitəsilə tələb etməyə başlayıb.
“Tehsil365” Bizim.Media ya istinadən xəbər verir ki, bu barədə “Habr” portalı məlumat verir.
Yoxlamadan keçənə qədər sistem “böyüklər üçün” kimi işarələnmiş mövzulara çıxışı məhdudlaşdırır. Bəzi hallarda bu tələb hətta yetkin istifadəçilərdə də ortaya çıxır.
OpenAI təsdiqləyib ki, bu funksiya tədricən tətbiq olunur və hazırda əsasən ingilisdilli regionlarda sınaqdan keçirilir. Şirkətin açıqlamasına görə, yeniliyin məqsədi yaş məhdudiyyətlərinə əməl olunması və yetkinlik yaşına çatmayanların potensial arzuolunmaz kontentdən qorunmasının gücləndirilməsidir.
Şirkət vurğulayır ki, pasport məlumatlarının işlənməsi təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir: informasiya şifrələnmiş formada ötürülür və yalnız yaşın təsdiqi üçün istifadə olunur, açıq şəkildə sənədlərin saxlanılması üçün deyil.

