"Tesla", "SpaceX" və "xAI" şirkətlərinin rəhbəri İlon Mask ABŞ-Səudiyyə İnvestisiya Forumunda süni intellekt və insanabənzər robotların gələcəklə bağlı böyük inqilab yaradacağını bildirib.
“Tehsil365” "Qafqazinfo" ya istinadən xəbər verir ki, o, bu texnologiyaların yoxsulluğu aradan qaldıracağını deyib.
Mask vurğulayıb ki, 10-20 il ərzində iş istəyə bağlı hala gələcək:
"İnsanlar işə hobbiyə çevrildiyi üçün gedəcək. Necə ki, bəziləri öz həyətində tərəvəz yetişdirməyi sevir".
O, həmçinin, süni intellekt və robot texnikasında davamlı inkişaf olacağını, buna görə də pulun nə vaxtsa əhəmiyyətini itirəcəyini bildirib.

