“Müəllimlərin əmək haqqlarını artırmağın bir yolu onların dərs saatlarını artırmaqdır.Biz 20 min nəfərə yaxın müəllimi tam ştata keçirməyi düşünürük. Yəni əgər müəllim tam ştatı seçirsə, onun əməkhaqqı 2 dəfədən çox ola bilər”.
“Tehsil365” Bizim.Media-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.
Nazir qeyd edib ki, bununla təhsil sistemində köklü dəyişikliklərin əsası qoyula bilər:
“Əgər müəllim 2 dəfə sertifikasiyada yüksək nəticə göstəribsə, tam ştatlı müəllim kimi fəaliyyət göstərirsə, artıq 3-cü dəfə sertifikasiya imtahanına çağırılmır”.

