Qış aylarının yaxınlaşması ilə insanlar arasında yoluxucu xəstəliklərin artması müşahidə olunur.
“Tehsil365” soyuq havanın immunitetə təsiri və bundan qorunma yollarını araşdırıb.
Mütəxəssislərin sözlərinə görə, havaların soyuması ilə orqanizm daha çox enerji sərf edir və bu zaman immun sisteminin reaksiyası zəifləyə bilər. Qapalı məkanlarda uzun müddət qalmaq virusların yayılmasını daha da sürətləndirir.
Həkimlər immuniteti gücləndirmək üçün bunları tövsiyə edir:
C vitamini ilə zəngin qidalar (kivi, limon, portağal, bibər) qəbul etmək
Bol su içmək
Gündəlik yüngül fiziki aktivlik
Yuxu rejimini qorumaq (7–8 saat)
Stressdən uzaq durmaq
Uzmanlar bildirir ki, sadə qaydalara əməl etməklə soyuq mövsümdə xəstəlik riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

