Son illərdə gənclər arasında enerji içkilərinə maraq sürətlə artır.
“Tehsil365” həkimlərin bu içkilərlə bağlı xəbərdarlıqlarını araşdırıb.
Mütəxəssislərin sözlərinə görə, enerji içkiləri qısa müddətlik enerji artımı yaratsa da, onların tərkibindəki yüksək kofein və şəkər səbəbindən ciddi fəsadlara yol aça bilər. Həkimlər qeyd edir ki, bu içkilər:
ürək döyüntüsünü artırır,
qan təzyiqini yüksəldir,
yuxu pozuntusuna səbəb olur,
ümumi narahatlıq və əsəbilik yaradır,
uzun müddətdə isə ürək-damar sisteminə zərər verir.
Araşdırmalar göstərir ki, xüsusilə məktəblilər və tələbələr imtahan dövrlərində enerji içkilərinə çox üstünlük verir ki, bu da sağlamlıq üçün əlavə risk yaradır.
Həkimlər gənclərə enerji içkiləri əvəzinə su, meyvə, təbii şirə və normal yuxu rejimi tövsiyə edir.

