Təhsil 365 - Logo Mobile

"Dilimizin saflığı millətin mənəvi sağlamlığıdır"

10124.11.2025 - 11:50
"Dilimizin saflığı millətin mənəvi sağlamlığıdır"

Dil də mənəvi ekologiyadır. Necə ki, havanın, dünyanın atmosferinin təmizliyi qorunur, eləcə də dilin təmizliyi qorunmalıdır. Dil də əgər çirklənsə, saflığı qorunmazsa, o da öz “sağlamlığını”, yaşamaq gücünü, yaşamaq qabiliyyətini itirər. Məsələ bu qədər bəsit və sadədir.

“Tehsil365” xəbər verir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı deyib.

“Hər bir dilin öz qanunauyğunluğu var. Hər millətin dili onun tarixinin, keçmişinin və bugünkü yaşam tərzinin ümumi bir parçası kimi yaranıb və elə həmin şəkildə də qorunmalıdır”, - deyə şair qeyd edib.

Onun sözlərinə görə, hər bir vətəndaş dilin qorunmasına məsuliyyətlə yanaşmalıdır. Şair xatırladır ki, ziyalılar, ədəbiyyat adamları, dilçilər və yazıçılar on illərlə, hətta əsrlər boyu Azərbaycan türkcəsinin təmizlənməsi, saflaşması və eyni zamanda zənginləşməsi istiqamətində fikir söyləyib, işlər görüblər və buna davam etdirirlər.

Onun fikrincə, dilin zənginləşməsi təbii proses kimi getməlidir. Bu gün dünya ölkələri arasında münasibətlər sıxlaşıb, texnologiyada, sənayedə inteqrasiya, qarşılıqlı zənginləşmə necə gedirsə, dillərdə də buna bənzər proses gedir.

“Bu prosesdə üstünlük ilk növbədə eyni kökdən gələn türk dillərinə verilməlidir. Qohum dillərin bir-birini zənginləşdirməsi daha sağlam və təbii yoldur. Kənar dillərdən daxil olan sözlərə isə mümkün qədər Azərbaycan dilində qarşılıq tapılmalı, dilin öz imkanlarına üstünlük verilməlidir”, - deyə Sabir Rüstəmxanlı vurğulayıb.

O,bildirib ki, Azərbaycan dilinin imkanları kifayət qədər genişdir, sadəcə, bu imkanları görmək və işlətmək üçün tənbəllik etməmək lazımdır: “Öz dilimizin imkanları sonsuzdur. Məsələn, təhsil qanununda “tələbə yurdu”, “öyrənci evi” kimi ifadələrin yerinə “kamp” sözünün yazılmasını, eləcə də “məsafədən, kənardan, uzaqdan təhsil” kimi ifadələr mümkün olduğu halda “distant təhsil” işlədilməsi dil tənbəlliyi və vərdiş olunmuş bir yanlışlıqdır”.

Şair bildirib ki, dilimizdə bu kimi anlayışların bir neçə gözəl, təbii qarşılığı varkən yad sözlərə üz tutmaq doğru deyil: “Bu artıq dil tənbəlliyidir: öz sözümüzü kənara qoyub, dəb xatirinə, guya özümüzü “müasir” göstərmək üçün yad sözə qaçmaq. Bəzən də bu hal qanun yaradıcılığı ilə məşğul olan, lakin öz dilini yaxşı bilməyən insanların naşılığından qaynaqlanır. Nəticədə çoxlu qüsurlar yaranır və bu da dilin çirklənməsinə gətirib çıxarır. Bunun qarşısı mütləq alınmalıdır”.

Xalq şairi xatırladır ki, onun bütün yaradıcılığı dilimizin saflığı və sağlamlığı uğrunda mübarizədə keçib: “ “Sağ ol, Ana dilim!” adlı bir kitabım var. O kitabı yazanda Bakıda rəsmi dairələrdə, tribunlarda Azərbaycan dilində danışıq, çıxış demək olar ki, yox idi. Dil daha çox dar, məhdud məişət səviyyəsində işləyirdi. Ömrüm boyu dil uğrunda mübarizə mənim əsas işlərimdən biri olub, bu mövzuda onlarla məqaləm, çıxışım var”.

Şairə görə, ədəbiyyat sahəsində dilin qorunması ilə bağlı kəskin problem yoxdur. O, daha çox çətinliyin tərcümə prosesində yarandığını bildirir. Çünki xarici dillərdən Azərbaycan dilinə edilən tərcümələrdə həm məzmunun, həm də üslubun qorunması, eyni zamanda doğma dilin daxili ahənginə uyğunlaşdırılması peşəkarlıq, istedad və böyük məsuliyyət tələb edir. Lakin peşəkar tərcüməçilər çox zaman bu çətinliklərin öhdəsindən məhz öz bacarıqları hesabına gəlirlər və nəticədə dilimiz də yeni ifadə imkanları qazanır.

Xalq şairi problemlərdən birini də son illərdə yazılan kitabların, çap mediasının rayonlara, kəndlərə kifayət qədər gedib çıxmamasında görür: Müasir ədəbiyyatın əsasən böyük şəhərlərdə və mərkəzi dairələrdə yayılması və az tirajla çap olunması, Azərbaycan ədəbi dilində gedən müsbət proseslərin regionlara zəif şəkildə sirayət etməsi, bunun fonunda da televiziya kanallarında yayılan bayağı, bədii-estetik dəyəri aşağı olan danışıq tərzinin bütün ölkə üzrə sürətlə yayılması və gənc nəslin düşüncə tərzinə ciddi təsir göstərməsi..

Sabir Rüstəmxanlının sözlərinə görə, bu vəziyyətdən çıxış yolu yüksək səviyyəli bədii əsərlərin geniş şəkildə yayılması, daha çox oxunması, xüsusilə də bölgələrə çatdırılmasıdır. Bakıda nəşr olunan çoxsaylı tərcümə və orijinal kitabların bölgələrdəki oxuculara da əlçatan olması vacibdir. Ciddi ədəbiyyatın, yüksək səviyyəli dil nümunələrinin toplumda daha geniş yayılması ilə dilin saflığını qorumaq, dil mədəniyyətində yaranan disbalansı müəyyən qədər aradan qaldırmaq mümkündür.

Nərgiz Süleymanova

Xəbər Lenti

Soyuq havada immunitet niyə zəifləyir?24.11.2025 - 12:05
"İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir"24.11.2025 - 11:35
“Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib24.11.2025 - 11:20
Gənclər Kitabxanasında şair Vahid Əzizin 80 illik yubileyinə görə materiallar hazırlanıb24.11.2025 - 11:05
Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 10:40
Yeni təmayül tədris modelinin tətbiq olunduğu iki məktəbdə monitorinq keçirilib24.11.2025 - 10:25
UNEC ilə Malayziya Universiteti arasında memorandum imzalandı24.11.2025 - 10:10
Süni intellektin təhsildə rolu nədir?24.11.2025 - 09:55
Qarabağ Universitetində Humanitar və sosial elmlər fakültəsinin heyəti ilə görüş keçirilib24.11.2025 - 09:40
NDU-da “İlham Əliyev: qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003–2023)” kitabının təqdimatı keçirilib24.11.2025 - 09:30
NDU-da istedadlı tələbələrlə görüş keçirilib24.11.2025 - 09:20
21–23 noyabr tarixlərində “III Beynəlxalq Apiterapiya və Təbiət” Konqresi keçirilib24.11.2025 - 09:05
Filarmoniyada Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi keçirilib 24.11.2025 - 08:59
Milli Kitabxanada Kəlbəcər Şəhəri Günü ilə bağlı sərgi açılıb24.11.2025 - 08:46
“Biblioqrafiyaşünas-alim Sima İsmayılova” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub24.11.2025 - 08:33
Tələbələr üçün “Mental mühəndislik” dərs vəsaiti çap olunub24.11.2025 - 08:20
ADPU və filiallarına ən yüksək balla qəbul olan 7 tələbəyə THİK-in xüsusi təqaüdü verilib24.11.2025 - 08:07
2025–2026-cı il üçün qrant alan özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 08:03
20 min tamştatlı müəllim - İlk bu məktəblərdə OLACAQ 24.11.2025 - 08:00
Ofqual Britaniya İşarə Dilində (BSL) yeni GCSE-nin qiymətləndirilməsi üçün tam qaydaları açıqladı24.11.2025 - 07:54
Skills England İngiltərədə yerli bacarıqların inkişafı üçün yeni yol xəritəsini açıqladı24.11.2025 - 07:41
Faciəvi şəkildə ölən Eltaс GDU tələbəsi idi24.11.2025 - 07:35
Kollec illərində təklik və psixi sağlamlıq böhranı: Stenford Universitetində iki fərqli tələbə qrupu aşkarlandı24.11.2025 - 07:28
27 yaşlı Aidan Toner-Rodgers: Süni intellekt iş yerində məhsuldarlığı artırır, amma insanlardan qorxulur24.11.2025 - 07:15
Yaşlıların uzaq durmalı olduğu 4 çərəz növü açıqlandı24.11.2025 - 07:15
Arizona State University Londonda yeni kampus açır – Britaniya universitetləri maliyyə təzyiqləri ilə üzləşir24.11.2025 - 07:02
Bu üsulla ömrümüz 150 il olacaq - yeni preparat24.11.2025 - 06:55
Hindistan: NIOS 36-cı ildönümündə müəllim hazırlığı kursu, IIM Ranchi beynəlxalq akkreditasiya aldı24.11.2025 - 06:49
Məntiq MÜƏMMASI – Tədris olunmursa, imtahana niyə SALINIR?24.11.2025 - 06:40
İndoneziya: Məktəb çökməsi sonrası itkin düşən tələbələrin axtarışı davam edir24.11.2025 - 06:36
Bu müəllimlər sertifikasiyaya cəlb edilməyəcək - Nazir24.11.2025 - 06:30
Azərbaycanda professor vəfat edib - FOTO24.11.2025 - 06:27
"Süni intellekt yoxsulluğu bitirəcək" - İlon Mask24.11.2025 - 06:25
Nigeriyada 303 məktəblidən 50-si əsirlikdən qaçıb, papa itkinlərin dərhal azad edilməsini tələb edib24.11.2025 - 06:23
"ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN - FOTO24.11.2025 - 06:15
Döyüşçülər universitet idarəçiliyində “ortaq dil” tapırlar24.11.2025 - 06:10
Süni intellekt biologiyanı “sənaye miqyasına” çıxarır və elmi kəşfləri 10-20 il irəli aparır24.11.2025 - 06:00
Vəcihə Səmədova doğum günüdür24.11.2025 - 05:57
1995-ci ildə Azərbaycan və Bruney arasında diplomatik əlaqələr qurulub24.11.2025 - 05:44
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o mənim üçün müəllim deyil" - Nazir24.11.2025 - 05:40
Qadın şahmatçılarımız dünya çempionatında ikinci olub24.11.2025 - 05:34
1959-cu ildə Yardımlıya meteorit düşüb24.11.2025 - 05:31
ChatGPT istifadəçilərin yaşını yoxlamağa BAŞLADI - Pasport tələb edir…24.11.2025 - 05:25
Londonda azərbaycanlı rəssamın “Yeddi Gözəl” sərgisi keçirilib24.11.2025 - 05:22
2006-cı il: Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı səfiri seçildi24.11.2025 - 05:18
Filarmoniyada Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi24.11.2025 - 05:14
ChatGPT müəllimlər üçün pulsuz oldu - Yenilik24.11.2025 - 05:10