Azərbaycan Dillər Universitetində 25 Noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən etibarən 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası həyata keçirilir.
“Tehsil365” bildirir ki, kampaniya çərçivəsində tələbələr arasında “Dünya və Azərbaycan ədəbiyyatlarında qadın taleyi” mövzusunda esse müsabiqəsi elan olunub.
Mükafatlar:
I yer: Sertifikat + hədiyyə
II və III yerlər: Sertifikat + kitab hədiyyələri
Qeyd: Müsabiqədə iştirak edən bütün tələbələrə sertifikat təqdim olunacaq.
Təqdimat və son tarix: 25 noyabr – 5 dekabr
İştirakçılar esse yazılarını Azərbaycan Dillər Universitetinin əsas binasında 420 nömrəli otağa təqdim edə və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

