Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri Kəmalə Qurbanlı və Fidan Ələsgərova Litvanın Klaipeda Universitetinin təşkilatçılığı ilə keçirilən “Ənənə və müasirliyin qarşılıqlı əlaqəsi” adlı beynəlxalq konfransda iştirak ediblər.
“Tehsil365” bildirir ki, konfrans çərçivəsində Fidan Ələsgərova “Çində reklam və onun subliminal mesajları” mövzusunda, Kəmalə Qurbanlı isə “Qədim Azərbaycan mədəniyyəti: Arxeoloji tapıntılar, qayaüstü təsvirlər, qədim yaşayış məskənləri” mövzusunda çıxış edib.

