Təhsil 365 - Logo Mobile

İştirakçılar beynəlxalq konfransda süni intellektin imkanlarını şərh edib

10324.11.2025 - 16:30
İştirakçılar beynəlxalq konfransda süni intellektin imkanlarını şərh edib

Azərbaycan Dillər Universitetində (ADU) “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub. Konfransda müxtəlif ölkələrdən olan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edərək müasir dövrdə süni intellektin elmi-tədqiqat, təhsil və humanitar sahələrdəki roluna dair fikir və təcrübələrini bölüşüblər.


“Tehsil365”
xəbər verir ki, Misirin Azərbaycandakı Səfirliyi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Prof. Dr. Tarek M. Aboul-Fotouh konfrans haqqında təəssüratlarını bölüşüb:
“Bu konfrans çox faydalı və maraqlıdır. Təqdim olunan işlərin hər biri elmi baxımdan yüksək keyfiyyətə malikdir və müxtəlif sahələri əhatə edir, həm süni intellektin tətbiqi, həm də humanitar elmlərlə əlaqəsi baxımından diqqət çəkir. Mən xüsusilə birinci sektorda olan təqdimatları izlədim və orada təqdim olunan məqalələrin səviyyəsi məni dərin təəssüratlandırdı. Hər bir təqdimat həm mövzuya aid elmi araşdırmaları əks etdirir, həm də tədqiqat metodologiyasının düzgün tətbiqini nümayiş etdirir.
Eyni zamanda, digər sektorların işləri də çox maraqlıdır və hər biri öz sahəsində yeni perspektivlər açır, həm nəzəri, həm də praktik baxımdan dəyərli töhfələr verir. Belə tədbirlərin keçirilməsi yalnız elmi əməkdaşlığın inkişafına xidmət etmir, həm də beynəlxalq təcrübə və fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Bu cür konfranslar gənc tədqiqatçılar üçün stimul rolunu oynayır, onların bilik və bacarıqlarını artırır, elmi ideyaların müzakirəsi və innovativ yanaşmaların formalaşması üçün unikal platforma təqdim edir.”

Bakı Dövlət Universiteti İqtisadi və Humanitar Kollecinin müəllimi Heydərova Nuray tədbirlə bağlı fikirlərini bildirib:
“İlk növbədə universitetə və mütəxəssislərə belə yüksək səviyyəli konfransın təşkilinə imkan yaratdıqları üçün təşəkkür etmək istərdim. Bu konfrans süni intellekt və onun humanitar elmlərlə inteqrasiyası mövzusunda çox maraqlı təqdimatlar və fikir mübadiləsi imkanı yaratdı. Mən ümid edirəm ki, gələcəkdə bu cür daha çox konfranslar keçiriləcək, elmi araşdırmalar daha genişləndiriləcək və iştirakçılar üçün əlavə təcrübə imkanları yaranacaq.
Xüsusilə gənc tədqiqatçılar üçün süni intellektin tətbiqi sahəsində biliklərini artırmaq və yeni yanaşmalar öyrənmək üçün böyük fürsət yaranır. Bu cür tədbirlər həm elm sahəsində inkişafı təşviq edir, həm də beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.”

Özbəkistan Renessans Universitetinin müəllimi, PhD Abdullaayeva Dilobar Ötkırovna konfransı belə qiymətləndirib:
“Azərbaycan Dillər Universitetində keçirilmiş ‘Süni intellekt və humanitar elmlər’ adlı beynəlxalq konfrans mənim üçün böyük elmi və praktik əhəmiyyət kəsb etdi. Tədbir humanitar sahələrdə süni intellektin tətbiqi üçün yeni imkanlar açır və müxtəlif ölkələrdən gəlmiş alimlər arasında təcrübə mübadiləsinə zəmin yaradır.
Burada təqdim olunan məruzələr süni intellektin tədqiqat, təhsil və mədəniyyət sahələrində hansı potensiala malik olduğunu bir daha nümayiş etdirdi. Süni intellekt bu gün qlobal elmi inkişafın əsas istiqamətlərindən biridir və onun düzgün tətbiqi gələcək cəmiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Konfrans iştirakçıları yeni ideyalar və yanaşmalarla tanış olaraq, gələcək əməkdaşlıqlar üçün geniş perspektivlər əldə etdilər. Bu isə humanitar elmlərin inkişafında süni intellektin rolunu daha da artırmağa xidmət edir.”

Akala Universitetinin Dil və Ədəbiyyatın Tədrisi fakültəsinin dekanı Xesus Qarsia Laborda konfransın əhəmiyyətini belə dəyərləndirib:
“Azərbaycan Dillər Universitetində keçirilən bu beynəlxalq konfransda iştirak etmək mənim üçün böyük bir məmnuniyyət oldu. Tədbir çərçivəsində süni intellektin humanitar elmlərlə kəsişdiyi məqamlara dair təqdim olunan çoxsaylı yenilikçi yanaşmalar məni xüsusilə təsirləndirdi. Süni intellekt artıq yalnız texnologiya sahəsinə aid bir anlayış deyil — o, dillərin öyrədilməsi, mədəniyyətlərarası ünsiyyət, eləcə də tədris metodikası kimi humanitar sahələrin inkişafını sürətləndirən mühüm faktora çevrilir.
Xüsusilə dil və ədəbiyyatın tədrisində süni intellektin tətbiqi müəllimlər üçün geniş imkanlar yaradır, tələbələr isə daha interaktiv, fərdiləşdirilmiş və dinamik öyrənmə mühitinə sahib olurlar. Konfrans çərçivəsində aparılan elmi müzakirələr göstərdi ki, süni intellekt yaxın gələcəkdə təhsilin yenilənməsi və yeni pedaqoji modellərin formalaşmasında əsas istiqamətlərdən biri olacaq.
Burada təqdim olunan tədqiqatlar həm nəzəri, həm də praktik baxımdan yeni perspektivlər açır. Mən, xüsusilə, müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında fikir mübadiləsinin çox məhsuldar olduğunu qeyd etmək istəyirəm — bu cür əməkdaşlıqlar həm yeni ideyaların yaranmasına, həm də gələcək layihələrin formalaşmasına şərait yaradır.
Azərbaycan Dillər Universitetinin belə bir elmi müzakirə platforması yaratması son dərəcə dəyərlidir. Ümid edirəm ki, bu ənənə davam edəcək və biz süni intellektin humanitar elmlər sahəsində rolunu daha dərindən araşdırmaq üçün yenidən bir araya gələcəyik.”


ADU-nun Linqvokulturologiya kafedrasının dosenti Fərəcova Elina konfransla bağlı təəssüratlarını bölüşüb: 
“Düşünürəm ki, bu konfrans müasir dövrdə bizim üçün böyük əhəmiyyət kəsb edir, həm müəllimlər, həm də tələbələr üçün çox faydalıdır. Bu konfrans süni intellektin həyatımızdakı rolunu və onun müasir texnologiyanın inkişafındakı əhəmiyyətini nümayiş etdirir.
İstər müəllimlər, istər tələbələr üçün belə konfransların keçirilməsi çox vacibdir. Artıq dərslərimizdə və tədqiqat işlərimizin yazılmasında süni intellektdən geniş istifadə edirik. Bu texnologiyanın düzgün tətbiqini öyrənmək və tələbələrimizə tədris etmək elmi və tədris fəaliyyətimiz üçün böyük önəm daşıyır. Eyni zamanda, belə tədbirlər bizə yeni yanaşmalar öyrənmək, təcrübə mübadiləsi aparmaq və süni intellektin humanitar elmlərə inteqrasiyasını daha dərindən anlamaq imkanı yaradır.”

Aysel Paşayeva

Xəbər Lenti

Smartfonlardan həddindən artıq istifadə sağlamlığa necə təsir edir?24.11.2025 - 19:47
Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 19:31
BP məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb24.11.2025 - 19:18
İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlər üzrə Orfoqrafiya lüğətinə yenidən baxılır24.11.2025 - 19:03
Prezidentin qızları Milli İncəsənət Muzeyində olublar24.11.2025 - 18:45
Orqan alverinin qurbanı olub, yoxsa intihar edib? - Nurcanın ölümü ətrafında qalmaqal böyüyür 24.11.2025 - 18:23
Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın 70 illik yubileyi qeyd edilib24.11.2025 - 18:15
Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub24.11.2025 - 18:00
Milli Kitabxanada “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat olub24.11.2025 - 17:45
Ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilib24.11.2025 - 17:30
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib24.11.2025 - 17:18
Məktəblilərimiz beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər 24.11.2025 - 17:15
İspan professorun “Assessment” mövzusunda seminarı keçirilib24.11.2025 - 17:15
Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək 24.11.2025 - 17:00
Hərbi Dəniz Qüvvələrində “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib24.11.2025 - 17:00
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb24.11.2025 - 16:55
“Sosial travma və kollektiv yaddaş: Tarixi hadisələrin psixoloji irsi” mövzusunda seminar keçirilib24.11.2025 - 16:45
Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir24.11.2025 - 16:40
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən vəzifəli şəxs həbs edilib24.11.2025 - 16:20
ADU müəllimləri Litvada keçirilən beynəlxalq konfransda iştirak ediblər24.11.2025 - 16:15
Çin və ABŞ liderləri arasında telefon danışığı baş tutub24.11.2025 - 16:00
“Every Girl to School – Hər Qız Məktəbə” mövzusunda dəyirmi masa keçiriləcək24.11.2025 - 16:00
ADU-da “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb24.11.2025 - 15:45
ADU-da “Tədqiqat etikası və elmi məsuliyyət” mövzusunda dəyirmi masa olub24.11.2025 - 15:30
Rafiq Əliyev: “Süni intellekt humanitar elmlərdə geniş tətbiq olunmalıdır”24.11.2025 - 15:15
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib24.11.2025 - 15:00
BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin simulyasiya konfransına hazırlıq sessiyası - FOTO24.11.2025 - 14:47
Məktəblilərarası Milli Hakaton 2025-in yarımfinal mərhələsinə son günlər qalır24.11.2025 - 14:23
AzMİU əməkdaşlıq əlaqələrini genişləndirir24.11.2025 - 14:11
Azərbaycanda 30 min hektar meşə sahəsi salınacaq24.11.2025 - 13:59
Azərbaycan Texnologiya Universitetinin sabiq dosenti vəfat edib24.11.2025 - 13:44
BMU-da gənc tədqiqatçılar üçün elmi seminar təşkil olunub 24.11.2025 - 13:30
İnklüziv təhsilə cəlb olunan uşaqların sayı açıqlandı24.11.2025 - 13:14
Emin Əmrullayev beşinci “Yüksəliş”in qalibləri ilə görüşüb24.11.2025 - 12:58
LDU-da Fibonacci yarışması keçirilib24.11.2025 - 12:40
Uzun iş saatları psixoloji tükənməni artırır24.11.2025 - 12:28
Enerji içkiləri gənclər üçün təhlükə yaradır24.11.2025 - 12:18
Soyuq havada immunitet niyə zəifləyir?24.11.2025 - 12:05
"Dilimizin saflığı millətin mənəvi sağlamlığıdır"24.11.2025 - 11:50
"İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir"24.11.2025 - 11:35
“Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib24.11.2025 - 11:20
Gənclər Kitabxanasında şair Vahid Əzizin 80 illik yubileyinə görə materiallar hazırlanıb24.11.2025 - 11:05
Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 10:40
Yeni təmayül tədris modelinin tətbiq olunduğu iki məktəbdə monitorinq keçirilib24.11.2025 - 10:25
UNEC ilə Malayziya Universiteti arasında memorandum imzalandı24.11.2025 - 10:10
Süni intellektin təhsildə rolu nədir?24.11.2025 - 09:55
Qarabağ Universitetində Humanitar və sosial elmlər fakültəsinin heyəti ilə görüş keçirilib24.11.2025 - 09:40