Azərbaycan Dillər Universitetinin (ADU) Doktorantura şöbəsi və Təhsil fakültəsi nəzdində fəaliyyət göstərən Psixologiya və Pedaqogika kafedrasında “Sosial travma və kollektiv yaddaş: Tarixi hadisələrin psixoloji irsi” mövzusunda elmi seminar keçirilib.
“Tehsil365” bildirir ki, seminar kafedranın baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Könül Haqverdiyevanın təqdimatında keçirilib. Tədbirdə doktorantlar iştirak edib, sosial travmanın fərdi və kollektiv yaddaşda təzahür formaları, tarixi hadisələrin insan psixologiyasına uzunmüddətli təsirləri elmi müzakirə olunub.

