Təhsil 365 - Logo Mobile

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

7324.11.2025 - 17:18
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 24-də davam etdirilib.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Mirhüseyn Salahov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində özünün, Hüseyn Məmmədovun və daha bir neçə nəfərin yaralandığını söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Elturan Cəbiyev Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Telman Fərhadlı ifadəsində Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş hadisə zamanı daha iki nəfərin xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş İslam Məsiyev və Mehdi Əhmədov Kəlbəcərdə düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif xəsarətlər aldıqlarını bildiriblər.

İfadə verən Xəlil Xasməmmədov düşmənin təxribatı nəticəsində özünün və daha iki nəfərin xəsarət aldığını, daha iki nəfərin isə həlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ariz Məmmədov Şuşa rayonunun Xəlfəli kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin minaatandan açdığı atəş nəticəsində yaralandığını bildirib. Hadisə zamanı yanında olmuş Nemət Abdullayev və Sadiq Qasımlı da yaralanıb.

Zərərçəkmiş Elnur Şıxıyev Kəlbəcərdə tibbi təxliyə maşınını idarə edərkən düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O bildirib ki, idarə etdiyi avtomobilin üzərində tibbi xidmətlə bağlı fərqləndirici nişan olmasına baxmayaraq, maşın minaatanla atəşə tutulub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Sadiq Əliyev və Müsənnif Əliyev düşmənin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində yaralandıqlarını bildiriblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Yagir Sultanov düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını söyləyib.

İlyas Babazadə Kəlbəcərdə düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib. Hadisə zamanı yanında olmuş Nicat Qarazadə isə həlak olub.

Zərərçəkmiş Fərid İbrahimov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Zərərçəkmiş Elgün Talıbov ifadəsində Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində sağ əlindən yaralandığını söyləyib.

Xəyal Həbibov Laçında düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını bildirib.

Vüqar Həsənov Ağdamda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib.

Digər zərərçəkmiş şəxslər - Mustafa Ağayev, Əmrah Abdıyev, Natiq Zeynallı, Fərid Əliyev, Hidayət Qüdrətzadə, Polad Rəhmanov, Zamil Tağıyev, Sənan Əliyev, Famil Abdullayev, Firuddin Namazalıyev, Hakim Həsənov, Ömər Musayev müxtəlif istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Alsu İsmayılova

Xəbər Lenti

Smartfonlardan həddindən artıq istifadə sağlamlığa necə təsir edir?24.11.2025 - 19:47
Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 19:31
BP məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb24.11.2025 - 19:18
İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlər üzrə Orfoqrafiya lüğətinə yenidən baxılır24.11.2025 - 19:03
Prezidentin qızları Milli İncəsənət Muzeyində olublar24.11.2025 - 18:45
Orqan alverinin qurbanı olub, yoxsa intihar edib? - Nurcanın ölümü ətrafında qalmaqal böyüyür 24.11.2025 - 18:23
Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın 70 illik yubileyi qeyd edilib24.11.2025 - 18:15
Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub24.11.2025 - 18:00
Milli Kitabxanada “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat olub24.11.2025 - 17:45
Ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilib24.11.2025 - 17:30
Məktəblilərimiz beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər 24.11.2025 - 17:15
İspan professorun “Assessment” mövzusunda seminarı keçirilib24.11.2025 - 17:15
Hərbi Dəniz Qüvvələrində “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib24.11.2025 - 17:00
Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək 24.11.2025 - 17:00
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb24.11.2025 - 16:55
“Sosial travma və kollektiv yaddaş: Tarixi hadisələrin psixoloji irsi” mövzusunda seminar keçirilib24.11.2025 - 16:45
Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir24.11.2025 - 16:40
İştirakçılar beynəlxalq konfransda süni intellektin imkanlarını şərh edib24.11.2025 - 16:30
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən vəzifəli şəxs həbs edilib24.11.2025 - 16:20
ADU müəllimləri Litvada keçirilən beynəlxalq konfransda iştirak ediblər24.11.2025 - 16:15
“Every Girl to School – Hər Qız Məktəbə” mövzusunda dəyirmi masa keçiriləcək24.11.2025 - 16:00
Çin və ABŞ liderləri arasında telefon danışığı baş tutub24.11.2025 - 16:00
ADU-da “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb24.11.2025 - 15:45
ADU-da “Tədqiqat etikası və elmi məsuliyyət” mövzusunda dəyirmi masa olub24.11.2025 - 15:30
Rafiq Əliyev: “Süni intellekt humanitar elmlərdə geniş tətbiq olunmalıdır”24.11.2025 - 15:15
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib24.11.2025 - 15:00
BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin simulyasiya konfransına hazırlıq sessiyası - FOTO24.11.2025 - 14:47
Məktəblilərarası Milli Hakaton 2025-in yarımfinal mərhələsinə son günlər qalır24.11.2025 - 14:23
AzMİU əməkdaşlıq əlaqələrini genişləndirir24.11.2025 - 14:11
Azərbaycanda 30 min hektar meşə sahəsi salınacaq24.11.2025 - 13:59
Azərbaycan Texnologiya Universitetinin sabiq dosenti vəfat edib24.11.2025 - 13:44
BMU-da gənc tədqiqatçılar üçün elmi seminar təşkil olunub 24.11.2025 - 13:30
İnklüziv təhsilə cəlb olunan uşaqların sayı açıqlandı24.11.2025 - 13:14
Emin Əmrullayev beşinci “Yüksəliş”in qalibləri ilə görüşüb24.11.2025 - 12:58
LDU-da Fibonacci yarışması keçirilib24.11.2025 - 12:40
Uzun iş saatları psixoloji tükənməni artırır24.11.2025 - 12:28
Enerji içkiləri gənclər üçün təhlükə yaradır24.11.2025 - 12:18
Soyuq havada immunitet niyə zəifləyir?24.11.2025 - 12:05
"Dilimizin saflığı millətin mənəvi sağlamlığıdır"24.11.2025 - 11:50
"İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir"24.11.2025 - 11:35
“Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib24.11.2025 - 11:20
Gənclər Kitabxanasında şair Vahid Əzizin 80 illik yubileyinə görə materiallar hazırlanıb24.11.2025 - 11:05
Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 10:40
Yeni təmayül tədris modelinin tətbiq olunduğu iki məktəbdə monitorinq keçirilib24.11.2025 - 10:25
UNEC ilə Malayziya Universiteti arasında memorandum imzalandı24.11.2025 - 10:10
Süni intellektin təhsildə rolu nədir?24.11.2025 - 09:55
Qarabağ Universitetində Humanitar və sosial elmlər fakültəsinin heyəti ilə görüş keçirilib24.11.2025 - 09:40