1910-cu ilin 25 noyabrında Azərbaycan musiqi tarixində əlamətdar hadisə baş verib — Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab" operasının premyerası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunub.
"Tehsil365" xəbər verir ki, Dahi bəstəkarın Firdovsinin "Şahnamə" əsəri əsasında yazdığı bu opera Azərbaycan operasının inkişafında mühüm mərhələ hesab olunur. "Rüstəm və Söhrab" operasında musiqi və dramatik mətnin harmoniyası, xalq musiqisinə əsaslanan orijinal bəstə texnikası diqqətəlayiq idi.
Bu premyera həm də o dövrün teatr və musiqi həyatında yenilik kimi qarşılandı və milli musiqi sənətinin zənginliyini nümayiş etdirdi. Tamaşa geniş ictimaiyyət və sənət cameəsi tərəfindən böyük maraqla qarşılandı və Üzeyir bəyin Azərbaycan musiqisinə verdiyi töhfənin daha bir dəyərli nümunəsi kimi tarixə yazıldı.

