Müasir səhiyyə sistemi yalnız klinik bacarıqlarla kifayətlənmir, həm də tibb, biznes və siyasəti birləşdirən güclü liderlərə ehtiyac duyur. Bu ehtiyacı ödəmək üçün yaradılan Tibb İdarəetmə Magistri (MMM) proqramları hələ də geniş kütlə arasında kifayət qədər tanınmayıb.
"Tehsil365" xəbər verir ki, MMM proqramı ixtisaslaşmış mövzusu ilə MBA və MHA kimi dərəcələrlə müqayisədə daha az populyardır. Liderlik təlimi variantlarının artması və klinisyenlərin MBA və ya ikili dərəcə proqramlarına üstünlük verməsi MMM-nin rəqabət qabiliyyətini sual altına qoyur.
Ekspertlər bildirirlər ki, səhiyyə sistemində idarəetmə və liderlik bacarıqlarına olan tələbat MMM proqramlarının əhəmiyyətini artırsa da, onun gələcəyi hazırda qeyri-müəyyəndir.

