Təhsil 365 - Logo Mobile

Orqan alverinin qurbanı olub, yoxsa intihar edib? - Nurcanın ölümü ətrafında qalmaqal böyüyür

10824.11.2025 - 18:23
Orqan alverinin qurbanı olub, yoxsa intihar edib? - Nurcanın ölümü ətrafında qalmaqal böyüyür

Son günlər ölkə gündəmində yer alan məsələlərdən də biri, 16 yaşlı Nurcanın intihar xəbəridir. Anası vəfat edən və atası tərəfindən uşaq sığınacaq evinə yerləşdirilən Nurcanın ölümü bir sıra müəmmalarla doludur.

Qızın yaxın qohumları – nənəsi, babası, dayısı və xalası – intihar versiyası ilə razılaşmır və ölüm səbəbinin fərqli olduğunu bildirirlər. Ailə, Nurcanın insan alverinin qurbanı olduğunu iddia edir və bu iddianı dəstəkləyən müəyyən əsaslar təqdim edir. Nurcanın dəfn mərasimi zamanı babası Nazim Orucov APA-ya açıqlamasında qeyd edib ki, ona zəng gəlib ki, uşaq 4-cü mərtəbədən özünü atıb: “Mən Bakıya getdim. Gedəndə uşağı mənə göstərmədilər. İstədim üzünə baxım, üzünə də baxmağa qoymadılar. Dedilər bədənində qırıqlar var. Amma heç bir qırıq yox idi”. Nurcanın dayısı Niyazi Orucov isə qeyd edib ki, gecə ona zəng gəldi ki, Nurcan yıxılıb: “Soruşdum ki, ciddi bir şey var? Dedilər hə qolu, qıçı, sir-sifəti pis gündədir, qabırğası qırılıb. Yarım saatdan sonra bir də zəng elədim, dedilər yaxşıdır, iş gedir narahat olmayın. Gəlmək istəyirsinizsə gəlin. 2-3 saat sonra zəng elədilər ki, Nurcan rəhmətə getdi. Demişdilər qolu, qıçı sınıb, amma bədənində heç yara yox idi”. 4-cü mərtəbədən yıxılan hər hansı bir insanın bədənində yara izləri, qırıq və ya çıxıqların olması normaldır. Bunların olmaması uşağın yaxınlarında ciddi şübhələr doğurub. Nurcan fiziki cəhətdən də zəif idi. Ona görə də 4-cü mərtəbədən yıxılan qızın bədənində heç bir qırığın olmaması sualları çoxaltmaqdadır. Nurcanın cəsədinin babasına göstərilməməsi də qohumların narazılığı ilə qarşılaşıb. Bu suallar cavabsız qalarkən, Nurcanın nənəsi Şahzadə Orucova tamam başqa bir iddia irəli sürüb. Mərhumun nənəsi qeyd edib: “Kiminsə pulu olub, pul buraxıb mənim uşağımın orqanlarını alıblar. Xahiş edirəm mənim uşağımın qanı yerdə qalmasın”. Nurcanın intihar etdiyi deyilən sığınacağın rəhbəri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mediaya açıqlamasında bildirib ki, heç kim düşünməsin ki, bu proses onlar üçün asandır: “Uşaqla son danışanlar deyiblər ki, o danışa bilirmiş, görünür, daxili zədələnmə olub. Doğrudur, bədənində qan və zədə izi yox idi. Biz ehtimal edirik ki, kənddə böyüyən uşaqlar daha cəsarətli olur. O, düşünmüş ola bilər ki, buradan tullanarsa, yüngül zədə alar. Bu nəticənin olacağını ağlına gətirməyib. Sadəcə diqqəti özünə cəlb etmək istəyib”.

Tehsil365” Crossmedia.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Mehriban Zeynalova ilə əlaqə saxlamaq istəsələr də mümkün olmayıb. Telefona özünü Mehriban xanımın köməkçisi kimi təqdim edən şəxs cavab verdi:

“Biz istintaqı davam etdiyi üçün açıqlama vermirik. Ailənin verdiyi məlumatlar bizə aid deyil, xəstəxanaya aiddir. Uşaq bizdə yıxılıb, sonra təcili tibbi yardım çağırılıb, aparılıb xəstəxanaya. Ekspertizanı gözləyirik”.

Baş Prokurorluğun mətbuat katibi Kənan Zeynalov:

“Bu barədə açıqlama verilmir və tövsiyyə də olunmur. Qaranlıq qalan məsələlər araşdırılır. Hər məsələni ictimailəşdirmək, hər detalı yazmaq o adamın qohumları, yaxınları üçün baş ucalığı gətirmir. Mehriban xanımın açıqlama verməməyi də düzgündür”.

Hüquqşünas Yalçın Hacızadə:

“Hadisənin necə və hansı vəziyyətdə baş verməsini müəyyən etmək əlbəttə ki, istintaqın işidir. Bu məsələ ilə bağlı dəqiq məlumatlara və faktlara da hüquq mühafizə orqanları malikdirlər və ya onların əldə etmək imkanları var. Eyni zamanda, Nurcanın intihar etməsini və ya onun hansısa məqsədlər üçün öldürülməsini (insan alverinin qurbanı olmasını) demək bir vəkil üçün etik olmaz. İstintaqı gedən cinayət işi ilə bağlı vəkilin belə bir açıqlama verməsi istintaqı və cəmiyyəti çaşdırmaq olar. Baş verən cinayət hadisəsi ilə bağlı ilkin olaraq müxtəlif ehtimallar ola bilər. Ehtimalları da istintaq faktlar və dəlillərlə sübut edir. Qaldıki, şəxsin intihar videosunun yayılmamasına görə hər hansı şübhəli məqamın yaranmasına və ya belə şübhəli məqamın yaranmamasına görə intihar videsounun yayılmasının zəruriliyinə... Hesab edirəm ki, videonun yayılmaması daha doğru olar. Çünki cəmiyyətə müəyyən mənfi təsirləri ola bilər. Həmçinin, belə video varsa o cinayət işi üzrə əsas maddi sübutdur”.

Milli Məclisin deputatı Aqil Abbas:

“Bunu istintaq, prokurorluq araşdırmalıdır ki, nə səbəbdən ölüb? Hadisə haqqında dəqiq məlumatım yoxdur. İnsan alverinin qurbanıdırsa hanı sübut? Deyilsə, yenə hanı sübut? Hər şeyi istintaq deyəcək, mən peyğəmbər deyiləm ki?..”

Nurcanın ölümü ilə bağlı indiyə qədər ortaya çıxan bütün məlumatlar – ailənin ağır ittihamlarından tutmuş sığınacaq rəhbərliyinin açıqlamalarına, cəsədin yaxınlarına göstərilməməsindən, bədəndə xarici zədə izinin olmamasına qədər – bütün bunlar bir uşağın həyatının itirildiyi bu faciənin təcili və dəqiq şəkildə açılmasını zəruri edir.  Hazırda yeganə doğru yol – istintaqın nəticələrini gözləmək və bu nəticələrin ictimaiyyətlə açıq şəkildə paylaşılmasını tələb etməkdir.

Rəşanə İsamqızı

Xəbər Lenti

Smartfonlardan həddindən artıq istifadə sağlamlığa necə təsir edir?24.11.2025 - 19:47
Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 19:31
BP məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb24.11.2025 - 19:18
İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlər üzrə Orfoqrafiya lüğətinə yenidən baxılır24.11.2025 - 19:03
Prezidentin qızları Milli İncəsənət Muzeyində olublar24.11.2025 - 18:45
Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın 70 illik yubileyi qeyd edilib24.11.2025 - 18:15
Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub24.11.2025 - 18:00
Milli Kitabxanada “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat olub24.11.2025 - 17:45
Ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilib24.11.2025 - 17:30
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib24.11.2025 - 17:18
Məktəblilərimiz beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər 24.11.2025 - 17:15
İspan professorun “Assessment” mövzusunda seminarı keçirilib24.11.2025 - 17:15
Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək 24.11.2025 - 17:00
Hərbi Dəniz Qüvvələrində “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib24.11.2025 - 17:00
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb24.11.2025 - 16:55
“Sosial travma və kollektiv yaddaş: Tarixi hadisələrin psixoloji irsi” mövzusunda seminar keçirilib24.11.2025 - 16:45
Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir24.11.2025 - 16:40
İştirakçılar beynəlxalq konfransda süni intellektin imkanlarını şərh edib24.11.2025 - 16:30
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən vəzifəli şəxs həbs edilib24.11.2025 - 16:20
ADU müəllimləri Litvada keçirilən beynəlxalq konfransda iştirak ediblər24.11.2025 - 16:15
“Every Girl to School – Hər Qız Məktəbə” mövzusunda dəyirmi masa keçiriləcək24.11.2025 - 16:00
Çin və ABŞ liderləri arasında telefon danışığı baş tutub24.11.2025 - 16:00
ADU-da “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb24.11.2025 - 15:45
ADU-da “Tədqiqat etikası və elmi məsuliyyət” mövzusunda dəyirmi masa olub24.11.2025 - 15:30
Rafiq Əliyev: “Süni intellekt humanitar elmlərdə geniş tətbiq olunmalıdır”24.11.2025 - 15:15
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib24.11.2025 - 15:00
BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin simulyasiya konfransına hazırlıq sessiyası - FOTO24.11.2025 - 14:47
Məktəblilərarası Milli Hakaton 2025-in yarımfinal mərhələsinə son günlər qalır24.11.2025 - 14:23
AzMİU əməkdaşlıq əlaqələrini genişləndirir24.11.2025 - 14:11
Azərbaycanda 30 min hektar meşə sahəsi salınacaq24.11.2025 - 13:59
Azərbaycan Texnologiya Universitetinin sabiq dosenti vəfat edib24.11.2025 - 13:44
BMU-da gənc tədqiqatçılar üçün elmi seminar təşkil olunub 24.11.2025 - 13:30
İnklüziv təhsilə cəlb olunan uşaqların sayı açıqlandı24.11.2025 - 13:14
Emin Əmrullayev beşinci “Yüksəliş”in qalibləri ilə görüşüb24.11.2025 - 12:58
LDU-da Fibonacci yarışması keçirilib24.11.2025 - 12:40
Uzun iş saatları psixoloji tükənməni artırır24.11.2025 - 12:28
Enerji içkiləri gənclər üçün təhlükə yaradır24.11.2025 - 12:18
Soyuq havada immunitet niyə zəifləyir?24.11.2025 - 12:05
"Dilimizin saflığı millətin mənəvi sağlamlığıdır"24.11.2025 - 11:50
"İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir"24.11.2025 - 11:35
“Məktəblinin hüquq bələdçisi” layihəsi keçirilib24.11.2025 - 11:20
Gənclər Kitabxanasında şair Vahid Əzizin 80 illik yubileyinə görə materiallar hazırlanıb24.11.2025 - 11:05
Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlanıb24.11.2025 - 10:40
Yeni təmayül tədris modelinin tətbiq olunduğu iki məktəbdə monitorinq keçirilib24.11.2025 - 10:25
UNEC ilə Malayziya Universiteti arasında memorandum imzalandı24.11.2025 - 10:10
Süni intellektin təhsildə rolu nədir?24.11.2025 - 09:55
Qarabağ Universitetində Humanitar və sosial elmlər fakültəsinin heyəti ilə görüş keçirilib24.11.2025 - 09:40