Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə şəhid Zaur İsmayılzadənin 30 illik yubileyinə həsr olunmuş “Əbədiyyətə qovuşan ömür” adlı xatirə konserti noyabrın 25-də saat 17:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
"Tehsil365" xəbər verir ki, şəhid Zaur İsmayılzadə ailənin tək övladı olub. Onun xatirəsinə həsr olunan tədbirdə şəhidin həyat yolunu, qəhrəmanlığını və Vətənə sevgisini əks etdirən kompozisiyalar təqdim ediləcək.
Tədbirə hər kəs dəvətlidir.

