Təhsil 365 - Logo Mobile

Bu universitetdə imtahanlar elektron formada olacaq

10325.11.2025 - 05:08
Bu universitetdə imtahanlar elektron formada olacaq

Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesinin müasirləşdirilməsi,rəqəmsal imkanların genişləndirilməsi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır.

“Tehsil365” xəbər verir ki, belə ki, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində müxtəlif qrupları əhatə edən ümumilikdə 15 imtahan pilot layihə çərçivəsində kompüter vasitəsilə elektron formada təşkil ediləcəkdir.

Cari tədris ilinin payız semestrindən etibarən “Proqramlaşdırmanın əsasları”, “Proqramlaşdırma dilləri-2”, “Müasir proqramlaşdırma dilləri və texnologiyaları”, “Kompüter arxitekturası”, “Elektronikanın əsasları”, “Dövrlər nəzəriyyəsi”, “STEM-1”, “STEM-2” və “İnformasiya təhlükəsizliyi” fənlərində sessiya imtahanları xüsusi proqram təminatı vasitəsilə elektron formada keçiriləcək. Elektron imtahan formatı tələbələrin biliklərinin ölçülməsini daha səmərəli edir, nəticələrin emalını sürətləndirir, imtahan prosesinin müasir texnologiyalar əsasında aparılmasına şərait yaradır, prosesdə obyektivlik və şəffaflığın təmin olunmasına imkan verir və universitetin rəqəmsal transformasiya strategiyasının həyata keçirilməsinə töhfə verir.

Bu formatda tələbələrə suallar elektron ekranda təqdim olunur və onlar cavablarını klaviatura vasitəsilə mətn formasında yazırlar. Sistem bütün cavabları avtomatik yadda saxlayır və imtahan başa çatdıqda cavablar ayrıca fayl şəklində formalaşdırılaraq müəllimə təqdim olunur. Açıq suallar yazılı imtahan modelində (Compüter-based written) müəllim cavabları elektron sistem üzərindən oxuyub qiymətləndirir ki, bu da həm imtahan prosesində operativliyi artırır, həm də qiymətləndirmədə şəffaflığı təmin edir. Bu yenilik tələbələr üçün bir sıra üstünlüklər yaradır: sualların və tapşırıqların sistemli şəkildə təqdim edilməsi imtahan prosesini daha rahat edir, cavabların daxil edilməsi və yoxlanılması sürətlənir, nəticələrin qısa müddətdə açıqlanması mümkün olur, tələbələrin rəqəmsal bacarıqları və texnoloji mühitə adaptasiyası isə daha da güclənir.

Pilot mərhələnin nəticələri təhlil edildikdən sonra rəqəmsal imtahan modelinin digər fənlər və proqramlar üzrə də mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Bu addım MDU-da tədrisin yenilənməsinə, innovativ yanaşmaların tətbiqinə və tələbəyönümlü mühitin gücləndirilməsinə xidmət edən mühüm yeniliklərdən biri kimi dəyərləndirilir.

Nərmin Süleymanlı

Xəbər Lenti

Kəlbəcərdə 60 şagird təhsil alır 25.11.2025 - 11:25
Kəlbəcərdə böyük təhsil kompleksi istifadəyə veriləcək25.11.2025 - 11:10
Azərbaycanlı ssenariçinin filmi Qazaxıstanda nümayiş olunub25.11.2025 - 10:55
BMU komandaları 50-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsində qalib olub25.11.2025 - 10:40
“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” adlı konfrans keçirilib 25.11.2025 - 10:20
Bu regionun şagirdləri SAF-da yüksək nəticə göstərdi25.11.2025 - 10:05
37 min şagirdin yerdəyişməsi tamamlandı25.11.2025 - 09:50
Buraxılış imtahanı haqqında olan məlumat düzgün deyil 25.11.2025 - 09:35
Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır25.11.2025 - 09:20
Uzunmüddətli hazırlıq zamanı emosional tükənmənin qarşısını necə almaq olar?25.11.2025 - 09:05
WBSSC 23,212 müəllim vakansiyası üzrə nəticələri elan etdi25.11.2025 - 08:59
Tripura Baş naziri 1,733 müəllimin işə qəbulu üçün yeni kampaniya elan etdi25.11.2025 - 08:46
ISRO sədri V. Narayanan tələbələri "kitab qurdları" olmaqla kifayətlənməməyə çağırdı25.11.2025 - 08:33
IIT Kharagpur platin yubileyini xüsusi poçt markası ilə qeyd edir25.11.2025 - 08:20
Hindistan hökumətindən mühəndislik kolleclərinə kvant araşdırmaları üçün böyük dəstək25.11.2025 - 08:07
Bu universitetdə tələbələr imtahanları onlayn verəcək25.11.2025 - 08:00
Tasmaniyada imtahan səhvlərinə etiraz: Nazir strategiyaların tətbiq olunduğunu bildirdi25.11.2025 - 07:54
Türkiyə şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı25.11.2025 - 07:45
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir25.11.2025 - 07:44
Avstraliya elmi həyatı böhranla üz-üzə: CSIRO-da minlərlə iş yeri təhlükədə25.11.2025 - 07:41
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb25.11.2025 - 07:36
Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir?25.11.2025 - 07:35
ABŞ-da əlilliyi olan uşaqların valideynləri təhsil hüquqlarının təminatında çətinliklərlə üzləşir25.11.2025 - 07:28
Bu il 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl bağçalara gedəcək25.11.2025 - 07:22
Tibb sahəsində liderlik təhsili: MMM proqramının gələcəyi sual altındadır25.11.2025 - 07:15
AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri25.11.2025 - 07:08
Keçmiş təhsil katibi: Yerli təhsil tərəfdaşlıqları məktəblər arasında əməkdaşlığı gücləndirə bilər25.11.2025 - 07:02
63 özəl bağçada ödənişə güzəşt ediləcək25.11.2025 - 07:00
Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub25.11.2025 - 06:50
Bu ölkə Azərbaycanda səfirlik açır25.11.2025 - 06:50
Hamwic Education Trust üç yeni akademiyanı qəbul etmək təklifini geri çəkdi25.11.2025 - 06:49
Keçmiş regional məktəblər komissarı Paul Smith East Midlands Education Trust-ın yeni CEO-su təyin edildi25.11.2025 - 06:36
63 bağçada uşaqların təhsil haqqının bir hissəsini dövlət ödəyəcək25.11.2025 - 06:36
Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi25.11.2025 - 06:30
Nazir Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb25.11.2025 - 06:28
Liverpool Universiteti Hindistanda yeni kampus açır25.11.2025 - 06:23
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər25.11.2025 - 06:16
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi25.11.2025 - 06:15
Tarixdə bu gün: 25 noyabr 2020 — Kəlbəcər rayonu Azərbaycana qaytarıldı25.11.2025 - 06:10
Əli Səmədlinin 95 illik yubileyi və açdığı kitabxananın yaradılmasının 30 illiyi qeyd edilib25.11.2025 - 06:08
Soğan qabığından çayın faydaları25.11.2025 - 06:00
Tarixdə bu gün: 25 noyabr 1983 — Ağdamda Çörək Muzeyi açılıb25.11.2025 - 05:57
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb 25.11.2025 - 05:50
Süni intellekt restoran sənayesini də ƏLƏ KEÇİRİR25.11.2025 - 05:45
Tarixdə bu gün: 25 noyabr 1667 — Şamaxı zəlzələsi25.11.2025 - 05:44
1910-cu il, 25 noyabr — "Rüstəm və Söhrab" operasının premyerası25.11.2025 - 05:31
Bu günün hava PROQNOZU25.11.2025 - 05:26
İnformatika müəllimliyini avtobus sürücülüyünə dəyişən qadın: "Təlim zamanı müəyyən çətinliklərim də oldu"25.11.2025 - 05:25