Təhsil 365 - Logo Mobile

ADNSU-da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub

10325.11.2025 - 05:16
ADNSU-da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub

Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.

“Tehsil365”xəbər verir ki,Universitetdən bildirilib ki, tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Yeni mərkəz tələbələrin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi, startap layihələrinin inkişaf etdirilməsi, həmçinin yeni texnoloji və elmi ideyaların formalaşdırılması üçün mühüm inkubasiya mühiti rolunu oynayacaq.

Mərkəzin yaradılması ölkədə innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ADNSU AİM-in açılışında çıxış edən rektor Rüfət Əzizov bildirib ki, mərkəzin əsas məqsədi tələbələrin, müəllimlərin və gənc mütəxəssislərin yeni ideyalar üzərində birgə işləməsinə, yaratmasına və inkişaf etməsinə şərait yaratmaqdır. O, ADNSU-nun güclü araşdırma potensialının, riyaziyyat və mühəndislik məktəbi kimi zəngin bazasının olduğunu vurğulayaraq belə bir mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini diqqətə çatdırıb: “Biz çalışırıq ki, yüksək potensiallı tələbələr və professor-müəllim heyəti üçün daha geniş imkanlar yaradaq. ADNSU tələbələri ölkədə keçirilən startap yarışmaları, innovasiya müsabiqələri, kibertəhlükəsizlik və inkubasiya proqramlarında hər zaman fəal iştirak edir. Universitetimizin elmi nəticələri də ildən-ilə artır. Elm innovasiyanın əsas hərəkətverici qüvvəsidir.

Buna görə də bu mərkəzdən gözləntilərimiz yüksəkdir. İnanırıq ki, burada həyata keçiriləcək layihələr həm universitetə, həm də ölkəmizə ciddi fayda verəcək”. İRİA İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında qeyd edib ki, Agentlik ölkədə rəqəmsal transformasiya və innovasiya ekosisteminin genişləndirilməsinə xüsusi önəm verir: “Biz quruculuq prosesində beş əsas prinsipə istinad edirik ki, onların birincisi infrastrukturun formalaşdırılmasıdır. Dövlət-universitet-sənaye birliyinin yaradılması inkişaf etmiş ölkələrdə innovasiya ekosisteminin uğurunun əsas səbəblərindəndir. İnnovasiya Mərkəzinin universitet mühitində yaradılması qısa müddətdə öz müsbət nəticələrini göstərəcək.” Fərid Osmanov əlavə edib ki, belə bir mərkəzin məhz ADNSU-da yaradılması təsadüfi deyil: “105 illik tarixi olan bu təhsil ocağı həm sənaye ilə əlaqələr, həm də ekosistem baxımından çox zəngindir. Bu səbəbdən layihədən gözləntilərimiz böyükdür.” Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxışında mərkəzin açılmasını yüksək qiymətləndirib. O, sənaye sahələrindən daxil olan tələblərə uyğun yeni innovativ layihələrin icrasının universitetlər üçün, o cümlədən ADNSU üçün mühüm imkanlar yaratdığını bildirib:

“ADNSU Azərbaycan sənayesinin inkişafına xüsusi töhfə verən təhsil müəssisəsidir. Universitetin innovasiya sahəsində də ön sıralarda yer alması bizim üçün vacibdir. Elm və Təhsil Nazirliyi olaraq universitetlərin sənaye ilə əməkdaşlığının genişlənməsində maraqlıyıq və bu layihəyə dəstək verməyə hazırıq.” Açılış mərasimində İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin konsepsiyası və fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış edib. Daha sonra ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən, dosent Elviz İsmayılov universitetdə innovasiya ekosisteminin qurulması istiqamətində görülən işlər barədə geniş təqdimatla iştirakçıları məlumat verib. Tədbir çərçivəsində qonaqlar mərkəzdə fəaliyyət göstərən startap və innovativ layihələrlə də yaxından tanış olublar və mövcud nümunələri yüksək qiymətləndiriblər.

Nərmin Süleymanlı

Xəbər Lenti

Kəlbəcərdə 60 şagird təhsil alır 25.11.2025 - 11:25
Kəlbəcərdə böyük təhsil kompleksi istifadəyə veriləcək25.11.2025 - 11:10
Azərbaycanlı ssenariçinin filmi Qazaxıstanda nümayiş olunub25.11.2025 - 10:55
BMU komandaları 50-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsində qalib olub25.11.2025 - 10:40
“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” adlı konfrans keçirilib 25.11.2025 - 10:20
Bu regionun şagirdləri SAF-da yüksək nəticə göstərdi25.11.2025 - 10:05
37 min şagirdin yerdəyişməsi tamamlandı25.11.2025 - 09:50
Buraxılış imtahanı haqqında olan məlumat düzgün deyil 25.11.2025 - 09:35
Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır25.11.2025 - 09:20
Uzunmüddətli hazırlıq zamanı emosional tükənmənin qarşısını necə almaq olar?25.11.2025 - 09:05
WBSSC 23,212 müəllim vakansiyası üzrə nəticələri elan etdi25.11.2025 - 08:59
Tripura Baş naziri 1,733 müəllimin işə qəbulu üçün yeni kampaniya elan etdi25.11.2025 - 08:46
ISRO sədri V. Narayanan tələbələri "kitab qurdları" olmaqla kifayətlənməməyə çağırdı25.11.2025 - 08:33
IIT Kharagpur platin yubileyini xüsusi poçt markası ilə qeyd edir25.11.2025 - 08:20
Hindistan hökumətindən mühəndislik kolleclərinə kvant araşdırmaları üçün böyük dəstək25.11.2025 - 08:07
Bu universitetdə tələbələr imtahanları onlayn verəcək25.11.2025 - 08:00
Tasmaniyada imtahan səhvlərinə etiraz: Nazir strategiyaların tətbiq olunduğunu bildirdi25.11.2025 - 07:54
Türkiyə şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı25.11.2025 - 07:45
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir25.11.2025 - 07:44
Avstraliya elmi həyatı böhranla üz-üzə: CSIRO-da minlərlə iş yeri təhlükədə25.11.2025 - 07:41
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb25.11.2025 - 07:36
Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir?25.11.2025 - 07:35
ABŞ-da əlilliyi olan uşaqların valideynləri təhsil hüquqlarının təminatında çətinliklərlə üzləşir25.11.2025 - 07:28
Bu il 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl bağçalara gedəcək25.11.2025 - 07:22
Tibb sahəsində liderlik təhsili: MMM proqramının gələcəyi sual altındadır25.11.2025 - 07:15
AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri25.11.2025 - 07:08
Keçmiş təhsil katibi: Yerli təhsil tərəfdaşlıqları məktəblər arasında əməkdaşlığı gücləndirə bilər25.11.2025 - 07:02
63 özəl bağçada ödənişə güzəşt ediləcək25.11.2025 - 07:00
Bu ölkə Azərbaycanda səfirlik açır25.11.2025 - 06:50
Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub25.11.2025 - 06:50
Hamwic Education Trust üç yeni akademiyanı qəbul etmək təklifini geri çəkdi25.11.2025 - 06:49
63 bağçada uşaqların təhsil haqqının bir hissəsini dövlət ödəyəcək25.11.2025 - 06:36
Keçmiş regional məktəblər komissarı Paul Smith East Midlands Education Trust-ın yeni CEO-su təyin edildi25.11.2025 - 06:36
Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi25.11.2025 - 06:30
Nazir Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb25.11.2025 - 06:28
Liverpool Universiteti Hindistanda yeni kampus açır25.11.2025 - 06:23
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər25.11.2025 - 06:16
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi25.11.2025 - 06:15
Tarixdə bu gün: 25 noyabr 2020 — Kəlbəcər rayonu Azərbaycana qaytarıldı25.11.2025 - 06:10
Əli Səmədlinin 95 illik yubileyi və açdığı kitabxananın yaradılmasının 30 illiyi qeyd edilib25.11.2025 - 06:08
Soğan qabığından çayın faydaları25.11.2025 - 06:00
Tarixdə bu gün: 25 noyabr 1983 — Ağdamda Çörək Muzeyi açılıb25.11.2025 - 05:57
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb 25.11.2025 - 05:50
Süni intellekt restoran sənayesini də ƏLƏ KEÇİRİR25.11.2025 - 05:45
Tarixdə bu gün: 25 noyabr 1667 — Şamaxı zəlzələsi25.11.2025 - 05:44
1910-cu il, 25 noyabr — "Rüstəm və Söhrab" operasının premyerası25.11.2025 - 05:31
Bu günün hava PROQNOZU25.11.2025 - 05:26
İnformatika müəllimliyini avtobus sürücülüyünə dəyişən qadın: "Təlim zamanı müəyyən çətinliklərim də oldu"25.11.2025 - 05:25