Təhsil 365 - Logo Mobile

“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb

10425.11.2025 - 05:50
       “Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb

“Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə keçirilən gənclərin hərtərəfli inkişafına dəstək olan “Səyyar Gənclər Xidməti”nin bağlanış mərasimi Xankəndidə uğurla başa çatdırılıb.

Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən layihə, ölkə gəncləri arasında dövlət suverenliyi və müstəqillik anlayışlarının dərinləşdirilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, həmçinin regionlarda innovativ təşəbbüslərin təşviqinə xidmət edib.

Layihə cari ilin avqust ayından etibarən 15 şəhər və 132 kəndi əhatə etməklə 5000-dən çox gənci bir araya gətirib. Xidmətin yekun mərhələsi olaraq Xankəndidə keçirilən bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rüstəm İsgəndərli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək “Səyyar Gənclər Xidməti”nin ölkə gənclərinin maarifləndirilməsinə, dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və onların şəxsi inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Tədbirin rəsmi hissəsindən sonra “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev rəsmi qonaqları və iştirakçıları xidmətin fəaliyyət sahəsi ilə tanış edib. Ardınca açıq hava şəraitində gənclərin iştirakı ilə dövlət gənclər siyasəti, ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və könüllülük kimi mövzuları əhatə edən maarifləndirici sessiyalar və təlimlər keçirilib.

Bununla yanaşı, gənclərin yaradıcı potensialını üzə çıxarmaq məqsədilə interaktiv fəaliyyətlər — vörkşoplar, master-klasslar, intellektual yarışlar və viktorinalar təşkil olunub. Stolüstü oyunlar və komanda əsaslı əyləncə proqramları gənclərin asudə vaxtının səmərəli təşkili və sosial bacarıqlarının inkişafına şərait yaradıb. Fəaliyyətlərdə fəallığı ilə fərqlənən iştirakçılar mükafatlandırılıb.

Xatırladaq ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.


Amidə Zeynalova

Xəbər Lenti

Kəlbəcərdə 60 şagird təhsil alır 25.11.2025 - 11:25
Kəlbəcərdə böyük təhsil kompleksi istifadəyə veriləcək25.11.2025 - 11:10
Azərbaycanlı ssenariçinin filmi Qazaxıstanda nümayiş olunub25.11.2025 - 10:55
BMU komandaları 50-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsində qalib olub25.11.2025 - 10:40
“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” adlı konfrans keçirilib 25.11.2025 - 10:20
Bu regionun şagirdləri SAF-da yüksək nəticə göstərdi25.11.2025 - 10:05
37 min şagirdin yerdəyişməsi tamamlandı25.11.2025 - 09:50
Buraxılış imtahanı haqqında olan məlumat düzgün deyil 25.11.2025 - 09:35
Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır25.11.2025 - 09:20
Uzunmüddətli hazırlıq zamanı emosional tükənmənin qarşısını necə almaq olar?25.11.2025 - 09:05
WBSSC 23,212 müəllim vakansiyası üzrə nəticələri elan etdi25.11.2025 - 08:59
Tripura Baş naziri 1,733 müəllimin işə qəbulu üçün yeni kampaniya elan etdi25.11.2025 - 08:46
ISRO sədri V. Narayanan tələbələri "kitab qurdları" olmaqla kifayətlənməməyə çağırdı25.11.2025 - 08:33
IIT Kharagpur platin yubileyini xüsusi poçt markası ilə qeyd edir25.11.2025 - 08:20
Hindistan hökumətindən mühəndislik kolleclərinə kvant araşdırmaları üçün böyük dəstək25.11.2025 - 08:07
Bu universitetdə tələbələr imtahanları onlayn verəcək25.11.2025 - 08:00
Tasmaniyada imtahan səhvlərinə etiraz: Nazir strategiyaların tətbiq olunduğunu bildirdi25.11.2025 - 07:54
Türkiyə şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı25.11.2025 - 07:45
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir25.11.2025 - 07:44
Avstraliya elmi həyatı böhranla üz-üzə: CSIRO-da minlərlə iş yeri təhlükədə25.11.2025 - 07:41
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb25.11.2025 - 07:36
Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir?25.11.2025 - 07:35
ABŞ-da əlilliyi olan uşaqların valideynləri təhsil hüquqlarının təminatında çətinliklərlə üzləşir25.11.2025 - 07:28
Bu il 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl bağçalara gedəcək25.11.2025 - 07:22
Tibb sahəsində liderlik təhsili: MMM proqramının gələcəyi sual altındadır25.11.2025 - 07:15
AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri25.11.2025 - 07:08
Keçmiş təhsil katibi: Yerli təhsil tərəfdaşlıqları məktəblər arasında əməkdaşlığı gücləndirə bilər25.11.2025 - 07:02
63 özəl bağçada ödənişə güzəşt ediləcək25.11.2025 - 07:00
Bu ölkə Azərbaycanda səfirlik açır25.11.2025 - 06:50
Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub25.11.2025 - 06:50
Hamwic Education Trust üç yeni akademiyanı qəbul etmək təklifini geri çəkdi25.11.2025 - 06:49
Keçmiş regional məktəblər komissarı Paul Smith East Midlands Education Trust-ın yeni CEO-su təyin edildi25.11.2025 - 06:36
63 bağçada uşaqların təhsil haqqının bir hissəsini dövlət ödəyəcək25.11.2025 - 06:36
Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi25.11.2025 - 06:30
Nazir Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb25.11.2025 - 06:28
Liverpool Universiteti Hindistanda yeni kampus açır25.11.2025 - 06:23
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər25.11.2025 - 06:16
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi25.11.2025 - 06:15
Tarixdə bu gün: 25 noyabr 2020 — Kəlbəcər rayonu Azərbaycana qaytarıldı25.11.2025 - 06:10
Əli Səmədlinin 95 illik yubileyi və açdığı kitabxananın yaradılmasının 30 illiyi qeyd edilib25.11.2025 - 06:08
Soğan qabığından çayın faydaları25.11.2025 - 06:00
Tarixdə bu gün: 25 noyabr 1983 — Ağdamda Çörək Muzeyi açılıb25.11.2025 - 05:57
Süni intellekt restoran sənayesini də ƏLƏ KEÇİRİR25.11.2025 - 05:45
Tarixdə bu gün: 25 noyabr 1667 — Şamaxı zəlzələsi25.11.2025 - 05:44
1910-cu il, 25 noyabr — "Rüstəm və Söhrab" operasının premyerası25.11.2025 - 05:31
Bu günün hava PROQNOZU25.11.2025 - 05:26
İnformatika müəllimliyini avtobus sürücülüyünə dəyişən qadın: "Təlim zamanı müəyyən çətinliklərim də oldu"25.11.2025 - 05:25