"Avtobus sürmək mənim üçün çox gözəl və xüsusi bir hissdir".
“Tehsil365” Oxu.Az-a istinadən xəbər verir ki , bunu açıqlamasında bu gündən sərnişin avtobusunda sürücü kimi fəaliyyətə başlayan Rəna Cəfərova deyib.
O qeyd edib ki, 20 ildən artıq sürücülük təcrübəsi var.
"Ali təhsilliyəm, ixtisasım informatika müəllimliyidir. Avtobus sürmək uşaqlıq arzularımdan biri olub və bu arzusunu reallaşdırmaq üçün şərait yaratdıqlarına görə AYNA rəhbərliyinə və "BakuBus"a təşəkkür edirəm.
"BakuBus komandası tərəfindən keçirilən təlimlərdən çox razı qaldım - bizi peşəkar şəkildə, hər detalına qədər öyrətdilər.
Hesab edirəm ki, xanımlar sükan arxasında daha səliqəli və diqqətli idarə edirlər. Sayımızın çoxalması ilə xidmətin səviyyəsi daha da yüksələr.
Təlim zamanı müəyyən çətinliklərim də oldu. Avtobusun böyük ölçüsü əvvəlcə bir qədər çətinlik yaradırdı və bu məni narahat edirdi. Lakin təlimçi mənə daim dəstək olaraq "narahat olma, alınacaq" deyə motivasiya verirdi", - deyə R. Cəfərova bildirib.

