Təhsil 365 - Logo Mobile

Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

11325.11.2025 - 06:30
Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşlərində əldə edilən razılaşmalar, qəbul edilən qərarlar açıqlanıb.

Tehsil365” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu “Sülh Körpüsü” Təşəbbüsünün üzvü Ramil İsgəndərli APA-ya açıqlamasında deyib.

Ramil İsgəndərli deyib ki, 21-22 noyabr tarixlərində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri həyata keçirilib:

“Bu səfər çərçivəsində iki gün Ermənistan və Azərbaycan tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçirildi. Bu təşəbbüsdə Ermənistandan olan vətəndaş cəmiyyətinin nümayəndələri Arek Koçinyan, Boris Novasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan və azərbaycanlı həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Fuad Abdullayev və mən iştirak etmişik. Bu prosesin keçən ay İrəvanda başlandığını nəzərə alaraq, artıq Bakı görüşündə bu təşəbbüsün konkret bundan sonra öz adı ilə bir fəaliyyət göstərməsi barədə qərar verilib. Bu, “Sülh Körpüsü” Təşəbbüsü adlanacaq. Bundan başqa, görüş zamanı Azərbaycan və Ermənistan arasında ümumiyyətlə normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub. Eyni zamanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi, yəni icra olunacaq birgə fəaliyyətlər müzakirə olunub. Sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də ayrıca müzakirələr aparılıb”.

Ramil İskəndərli görüşdə media sahəsində sahəsində əlaqələrinin qurulmasının intensivləşdirilməsinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu da açıqlayıb: “Eyni zamanda razılığa gəlinib ki, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulsun. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri barədə də razılıq əldə olunub. Həmçinin davam edən sülh prosesi çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Hesab edirəm ki, bu görüşün əsas fərqli cəhəti odur ki, nəticə yönümlü oldu, sadaladığım razılaşmalar əldə edildi, qərarlar verildi”.

“Sülh Körpüsü” Təşəbbüsü nün üzvü nəzərə çatdırıb ki, “Sülh körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb: “Prezidentin köməkçisi qrup üzvləri ilə səmimi şəraitdə bir görüş keçirdi, fikir mübadiləsi apardı. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində addımlar müzakirə olundu, həmçinin sualları da cavablandırdı. Bu, proqramın rəsmi tərəfi idi”.

O bildirib ki, proqramın qeyri-rəsmi, mədəni tədbirlər hissəsi də həyata keçirilib:

“Bu çərçivədə Bakıya səfər etmiş qonaqlar müxtəlif yerlərə - Botanika bağına səfər etdilər, Şirvanşahlar sarayı, Qız qalası da daxil olmaqla, İçərişəhərə tur həyata keçirildi. Dənizkənarı bulvar ərazisində də gəzinti təşkil edildi, Nizami küçəsində də oldular. Kukla teatrı, Kiçik Venesiya zonası ilə də yaxından tanış oldular. Proqramın ikinci günündə onlar Ağ şəhərə səfər etdilər. Onların marağına səbəb olacaq bir arxitektura ilə tanış oldular. Bu proqramın əsas mədəni hissələrindən biri də Heydər Əliyev Mərkəzinə səfər idi. Qonaqlar orada həm daimi, həm də müvəqqəti sərgi kompozisiyaları ilə tanış oldular, Heydər Əliyevin həyat yolunu göstərən zonaya baş çəkdilər. Bu səfərin həm rəsmi, həm də qeyri-rəsmi mədəni hissəsi böyük maraqla qarşılandı”.

Amidə Zeynalova

Xəbər Lenti

Kəlbəcərdə 60 şagird təhsil alır 25.11.2025 - 11:25
Kəlbəcərdə böyük təhsil kompleksi istifadəyə veriləcək25.11.2025 - 11:10
Azərbaycanlı ssenariçinin filmi Qazaxıstanda nümayiş olunub25.11.2025 - 10:55
BMU komandaları 50-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsində qalib olub25.11.2025 - 10:40
“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” adlı konfrans keçirilib 25.11.2025 - 10:20
Bu regionun şagirdləri SAF-da yüksək nəticə göstərdi25.11.2025 - 10:05
37 min şagirdin yerdəyişməsi tamamlandı25.11.2025 - 09:50
Buraxılış imtahanı haqqında olan məlumat düzgün deyil 25.11.2025 - 09:35
Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır25.11.2025 - 09:20
Uzunmüddətli hazırlıq zamanı emosional tükənmənin qarşısını necə almaq olar?25.11.2025 - 09:05
WBSSC 23,212 müəllim vakansiyası üzrə nəticələri elan etdi25.11.2025 - 08:59
Tripura Baş naziri 1,733 müəllimin işə qəbulu üçün yeni kampaniya elan etdi25.11.2025 - 08:46
ISRO sədri V. Narayanan tələbələri "kitab qurdları" olmaqla kifayətlənməməyə çağırdı25.11.2025 - 08:33
IIT Kharagpur platin yubileyini xüsusi poçt markası ilə qeyd edir25.11.2025 - 08:20
Hindistan hökumətindən mühəndislik kolleclərinə kvant araşdırmaları üçün böyük dəstək25.11.2025 - 08:07
Bu universitetdə tələbələr imtahanları onlayn verəcək25.11.2025 - 08:00
Tasmaniyada imtahan səhvlərinə etiraz: Nazir strategiyaların tətbiq olunduğunu bildirdi25.11.2025 - 07:54
Türkiyə şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı25.11.2025 - 07:45
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir25.11.2025 - 07:44
Avstraliya elmi həyatı böhranla üz-üzə: CSIRO-da minlərlə iş yeri təhlükədə25.11.2025 - 07:41
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb25.11.2025 - 07:36
Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir?25.11.2025 - 07:35
ABŞ-da əlilliyi olan uşaqların valideynləri təhsil hüquqlarının təminatında çətinliklərlə üzləşir25.11.2025 - 07:28
Bu il 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl bağçalara gedəcək25.11.2025 - 07:22
Tibb sahəsində liderlik təhsili: MMM proqramının gələcəyi sual altındadır25.11.2025 - 07:15
AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri25.11.2025 - 07:08
Keçmiş təhsil katibi: Yerli təhsil tərəfdaşlıqları məktəblər arasında əməkdaşlığı gücləndirə bilər25.11.2025 - 07:02
63 özəl bağçada ödənişə güzəşt ediləcək25.11.2025 - 07:00
Bu ölkə Azərbaycanda səfirlik açır25.11.2025 - 06:50
Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub25.11.2025 - 06:50
Hamwic Education Trust üç yeni akademiyanı qəbul etmək təklifini geri çəkdi25.11.2025 - 06:49
63 bağçada uşaqların təhsil haqqının bir hissəsini dövlət ödəyəcək25.11.2025 - 06:36
Keçmiş regional məktəblər komissarı Paul Smith East Midlands Education Trust-ın yeni CEO-su təyin edildi25.11.2025 - 06:36
Nazir Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb25.11.2025 - 06:28
Liverpool Universiteti Hindistanda yeni kampus açır25.11.2025 - 06:23
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər25.11.2025 - 06:16
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi25.11.2025 - 06:15
Tarixdə bu gün: 25 noyabr 2020 — Kəlbəcər rayonu Azərbaycana qaytarıldı25.11.2025 - 06:10
Əli Səmədlinin 95 illik yubileyi və açdığı kitabxananın yaradılmasının 30 illiyi qeyd edilib25.11.2025 - 06:08
Soğan qabığından çayın faydaları25.11.2025 - 06:00
Tarixdə bu gün: 25 noyabr 1983 — Ağdamda Çörək Muzeyi açılıb25.11.2025 - 05:57
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb 25.11.2025 - 05:50
Süni intellekt restoran sənayesini də ƏLƏ KEÇİRİR25.11.2025 - 05:45
Tarixdə bu gün: 25 noyabr 1667 — Şamaxı zəlzələsi25.11.2025 - 05:44
1910-cu il, 25 noyabr — "Rüstəm və Söhrab" operasının premyerası25.11.2025 - 05:31
Bu günün hava PROQNOZU25.11.2025 - 05:26
İnformatika müəllimliyini avtobus sürücülüyünə dəyişən qadın: "Təlim zamanı müəyyən çətinliklərim də oldu"25.11.2025 - 05:25