Hindistanın aparıcı mühəndislik ali təhsil müəssisələrindən biri olan IIT Kharagpur bu il platin yubileyini – yəni 75 illik fəaliyyətini qeyd edir.
“Tehsil365” xəbər verir ki, Bu əlamətdar hadisə münasibətilə institut tərəfindən xüsusi poçt markası təqdim olunub.
Tədbirdə çıxış edən rəsmilər bu markanın IIT Kharagpur-un Hindistanın elmi, texnoloji və akademik inkişafında oynadığı mühüm rolu simvolizə etdiyini bildiriblər. Poçt markası institutun tarixi irsini, innovasiya və liderlik ənənəsini əks etdirir.
Yubiley tədbirləri çərçivəsində müxtəlif elmi konfranslar, məzun görüşləri və texnoloji sərgilər də təşkil olunur. IIT Kharagpur ölkənin ilk IIT-si olaraq, minlərlə mühəndis, alim və lider yetişdirməklə Hindistanın inkişafına töhfə verməyə davam edir.

