Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri V. Narayanan gənc nəslə müraciət edərək, yalnız akademik biliklərlə məhdudlaşmamağa çağırıb.
“Tehsil365” xəbər verir ki, O, tələbələrə sadəcə "kitab qurdu" olmaq yerinə, yaradıcılıq, tədqiqat və innovasiya ruhunu inkişaf etdirməyi tövsiyə edib.
Narayanan çıxışında bildirib ki, bugünkü dünya təkcə nəzəri biliklərlə deyil, həm də praktiki bacarıqlar və yaradıcı düşüncə ilə irəliləyir. “Sadəcə dərsliklərə bağlı qalmaq kifayət deyil. Gələcəyin alimləri, mühəndisləri və liderləri olmaq üçün real dünya problemlərinə maraq göstərmək və onların həllinə yönəlmək vacibdir,” – deyə o vurğulayıb.
ISRO sədrinin bu mesajı tələbələr arasında geniş rəğbətlə qarşılanıb və texnologiya, elm və araşdırma sahələrində yeni uğurlar üçün motivasiya mənbəyi kimi dəyərləndirilib.

