Təhsil 365 - Logo Mobile

AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri

10125.11.2025 - 07:08
AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) təşkilatçılığı ilə tələbələrin bilik və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş iki maarifləndirici tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, ilk olaraq Aysun Aylarovanın təqdimatında “Uşaq hüquqları: onları dinləmək gələcəyi qorumaqdır” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirin məqsədi tələbələrdə uşaq hüquqları haqqında düzgün anlayış formalaşdırmaq, uşaqların fikirlərinə dəyər verilməsinin əhəmiyyətini vurğulamaq və mövzu ilə bağlı ictimai həssaslığı artırmaq olub. Dəyirmi masada uşaq hüquqlarının beynəlxalq və yerli hüquqi çərçivəsi, təhlükəsiz inkişaf mühiti, uşaqların dinlənilməsi, eləcə də qərarvermə proseslərinə cəlb olunması kimi əsas məqamlardan danışılıb.

Aysun Aylarova uşaqlarla ünsiyyətdə empatiyanın rolu, onların sosial və emosional ehtiyacları barədə praktiki nümunələrlə çıxış edib.

Müzakirə interaktiv şəkildə davam edərək tələbələrin sualları, fikir mübadiləsi və real situasiya nümunələri ilə zənginləşib.

AzMİU TGT-nin digər maarifləndirici tədbiri isə Aytən Salaminin təqdimatında keçirilən “İnsan davranışları və kosmik fenomenlər: Mifdən elmə” mövzusunda seminar olub.

Seminarın əsas məqsədi gənclər arasında astrologiya haqqında düzgün təsəvvür formalaşdırmaq, mövcud yanlış inancları aradan qaldırmaq və bu sahənin elmi, psixoloji və mədəni aspektlərini tələbələrə çatdırmaq olub.

Təqdimat zamanı astrologiyanın qədim mədəniyyətlərdəki yeri, riyazi və astronomik əsasları, simvolik dillə arxetip yanaşması, Günəş, Ay və yüksələn bürclərin mahiyyəti, planet enerjilərinin insan psixologiyası ilə əlaqəsi kimi mövzulardan geniş söhbət açılıb. Seminar interaktiv formatda davam edərək tələbələrin suallarının cavablandırılması və astrologiyanın elmlə kəsişən cəhətlərinin müzakirəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hər iki tədbirin keçirilməsində məqsəd tələbələrdə tənqidi düşüncə, analitik yanaşma, sosial həssaslıq və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə töhfə verməkdir.

Nərmin Süleymanlı

Xəbər Lenti

Kəlbəcərdə 60 şagird təhsil alır 25.11.2025 - 11:25
Kəlbəcərdə böyük təhsil kompleksi istifadəyə veriləcək25.11.2025 - 11:10
Azərbaycanlı ssenariçinin filmi Qazaxıstanda nümayiş olunub25.11.2025 - 10:55
BMU komandaları 50-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsində qalib olub25.11.2025 - 10:40
“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” adlı konfrans keçirilib 25.11.2025 - 10:20
Bu regionun şagirdləri SAF-da yüksək nəticə göstərdi25.11.2025 - 10:05
37 min şagirdin yerdəyişməsi tamamlandı25.11.2025 - 09:50
Buraxılış imtahanı haqqında olan məlumat düzgün deyil 25.11.2025 - 09:35
Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır25.11.2025 - 09:20
Uzunmüddətli hazırlıq zamanı emosional tükənmənin qarşısını necə almaq olar?25.11.2025 - 09:05
WBSSC 23,212 müəllim vakansiyası üzrə nəticələri elan etdi25.11.2025 - 08:59
Tripura Baş naziri 1,733 müəllimin işə qəbulu üçün yeni kampaniya elan etdi25.11.2025 - 08:46
ISRO sədri V. Narayanan tələbələri "kitab qurdları" olmaqla kifayətlənməməyə çağırdı25.11.2025 - 08:33
IIT Kharagpur platin yubileyini xüsusi poçt markası ilə qeyd edir25.11.2025 - 08:20
Hindistan hökumətindən mühəndislik kolleclərinə kvant araşdırmaları üçün böyük dəstək25.11.2025 - 08:07
Bu universitetdə tələbələr imtahanları onlayn verəcək25.11.2025 - 08:00
Tasmaniyada imtahan səhvlərinə etiraz: Nazir strategiyaların tətbiq olunduğunu bildirdi25.11.2025 - 07:54
Türkiyə şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı25.11.2025 - 07:45
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir25.11.2025 - 07:44
Avstraliya elmi həyatı böhranla üz-üzə: CSIRO-da minlərlə iş yeri təhlükədə25.11.2025 - 07:41
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb25.11.2025 - 07:36
Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir?25.11.2025 - 07:35
ABŞ-da əlilliyi olan uşaqların valideynləri təhsil hüquqlarının təminatında çətinliklərlə üzləşir25.11.2025 - 07:28
Bu il 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl bağçalara gedəcək25.11.2025 - 07:22
Tibb sahəsində liderlik təhsili: MMM proqramının gələcəyi sual altındadır25.11.2025 - 07:15
Keçmiş təhsil katibi: Yerli təhsil tərəfdaşlıqları məktəblər arasında əməkdaşlığı gücləndirə bilər25.11.2025 - 07:02
63 özəl bağçada ödənişə güzəşt ediləcək25.11.2025 - 07:00
Bu ölkə Azərbaycanda səfirlik açır25.11.2025 - 06:50
Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub25.11.2025 - 06:50
Hamwic Education Trust üç yeni akademiyanı qəbul etmək təklifini geri çəkdi25.11.2025 - 06:49
Keçmiş regional məktəblər komissarı Paul Smith East Midlands Education Trust-ın yeni CEO-su təyin edildi25.11.2025 - 06:36
63 bağçada uşaqların təhsil haqqının bir hissəsini dövlət ödəyəcək25.11.2025 - 06:36
Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi25.11.2025 - 06:30
Nazir Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb25.11.2025 - 06:28
Liverpool Universiteti Hindistanda yeni kampus açır25.11.2025 - 06:23
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər25.11.2025 - 06:16
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi25.11.2025 - 06:15
Tarixdə bu gün: 25 noyabr 2020 — Kəlbəcər rayonu Azərbaycana qaytarıldı25.11.2025 - 06:10
Əli Səmədlinin 95 illik yubileyi və açdığı kitabxananın yaradılmasının 30 illiyi qeyd edilib25.11.2025 - 06:08
Soğan qabığından çayın faydaları25.11.2025 - 06:00
Tarixdə bu gün: 25 noyabr 1983 — Ağdamda Çörək Muzeyi açılıb25.11.2025 - 05:57
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb 25.11.2025 - 05:50
Süni intellekt restoran sənayesini də ƏLƏ KEÇİRİR25.11.2025 - 05:45
Tarixdə bu gün: 25 noyabr 1667 — Şamaxı zəlzələsi25.11.2025 - 05:44
1910-cu il, 25 noyabr — "Rüstəm və Söhrab" operasının premyerası25.11.2025 - 05:31
Bu günün hava PROQNOZU25.11.2025 - 05:26
İnformatika müəllimliyini avtobus sürücülüyünə dəyişən qadın: "Təlim zamanı müəyyən çətinliklərim də oldu"25.11.2025 - 05:25