Təhsil 365 - Logo Mobile

“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” adlı konfrans keçirilib

10225.11.2025 - 10:20
“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” adlı konfrans keçirilib

Gəncə Dövlət Universitetinin (GDU) Kimya və biologiya fakültəsində görkəmli alim və ictimai xadim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr edilən “Akademik Yusif Məmmədəliyevin elmi irsi və XXI əsr” mövzusunda konfrans keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki,konfransda GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksəkoktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırıb. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Genişspektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb.

Konfransda akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyəti, onun yaratdığı elmi məktəb, görkəmli alimin elmin inkişafı naminə gördüyü işlər haqqında geniş məlumat verib. Pərvin Kərimzadə qeyd edib ki, akademik Yusif Məmmədəliyevin apardığı tədqiqatlar kimya elminin bir sıra istiqamətlərində öz təsdiqini tapıb. Akademikin şəxsiyyəti, elmə yanaşma prinsipləri və vətənpərvərlik keyfiyyətləri barədə də danışan prorektor vurğulayıb ki, görkəmli alimin gənc tədqiqatçıların yetişdirilməsinə göstərdiyi qayğı bu gün tələbələr üçün böyük motivasiya mənbəyidir.

Kimya və biologiya fakültəsinin dekanı professor İsfəndiyar Alverdiyev çıxışında bildirib ki, XX əsrin ən böyük kimyaçı alimlərindən olan Yusif Məmmədəliyev yüksəkoktanlı benzinlərin alınması, neft-kimya proseslərinin tədqiqi, kataliz və üzvi sintez sahəsində apardığı fundamental araşdırmalarla Azərbaycan elmini beynəlxalq elmi mərkəzlərdə tanıdıb. Alimin yaratdığı elmi məktəb universitetlərdə kimya sahəsində aparılan araşdırmaların formalaşmasına mühüm təsir göstərib və ənənə bu gün uğurla davam etdirilir. İsfəndiyar Alverdiyev onu da diqqətə çatdırıb ki, Kimya və biologiya fakültəsində akademik Yusif Məmmədəliyevə həsr olunan guşə görkəmli alimin elmi irsinin tanıdılmasında mühüm rol oynayır.

Konfransda Gəncə Dövlət Universitetinin Kimya kafedrasının müdiri dosent Aynur Məmmədova, kafedranın əməkdaşları dosent Samirə Mehdiyeva və dosent Xəyalə Kəsəmənli akademik Yusif Məmmədəliyevin kimya elminə verdiyi töhfələrdən danışıblar. Qeyd ediblər ki, görkəmli alim Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınır.

Sonra fakültənin 22 tələbəsinin Azərbaycan və ingilis dillərində məruzələri dinlənilib. Sonda tələbələrə fəxri fərmanlar təqdim edilib.


Nərgiz Süleymanova

Xəbər Lenti

Kəlbəcərdə 60 şagird təhsil alır 25.11.2025 - 11:25
Kəlbəcərdə böyük təhsil kompleksi istifadəyə veriləcək25.11.2025 - 11:10
Azərbaycanlı ssenariçinin filmi Qazaxıstanda nümayiş olunub25.11.2025 - 10:55
BMU komandaları 50-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsində qalib olub25.11.2025 - 10:40
Bu regionun şagirdləri SAF-da yüksək nəticə göstərdi25.11.2025 - 10:05
37 min şagirdin yerdəyişməsi tamamlandı25.11.2025 - 09:50
Buraxılış imtahanı haqqında olan məlumat düzgün deyil 25.11.2025 - 09:35
Şirvan-Salyan RTİ-də eksternat imtahanlara sənəd qəbulu başlayır25.11.2025 - 09:20
Uzunmüddətli hazırlıq zamanı emosional tükənmənin qarşısını necə almaq olar?25.11.2025 - 09:05
WBSSC 23,212 müəllim vakansiyası üzrə nəticələri elan etdi25.11.2025 - 08:59
Tripura Baş naziri 1,733 müəllimin işə qəbulu üçün yeni kampaniya elan etdi25.11.2025 - 08:46
ISRO sədri V. Narayanan tələbələri "kitab qurdları" olmaqla kifayətlənməməyə çağırdı25.11.2025 - 08:33
IIT Kharagpur platin yubileyini xüsusi poçt markası ilə qeyd edir25.11.2025 - 08:20
Hindistan hökumətindən mühəndislik kolleclərinə kvant araşdırmaları üçün böyük dəstək25.11.2025 - 08:07
Bu universitetdə tələbələr imtahanları onlayn verəcək25.11.2025 - 08:00
Tasmaniyada imtahan səhvlərinə etiraz: Nazir strategiyaların tətbiq olunduğunu bildirdi25.11.2025 - 07:54
Türkiyə şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı25.11.2025 - 07:45
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir25.11.2025 - 07:44
Avstraliya elmi həyatı böhranla üz-üzə: CSIRO-da minlərlə iş yeri təhlükədə25.11.2025 - 07:41
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb25.11.2025 - 07:36
Ən yaxşı 10 universitetdə təhsil haqqı nə qədərdir?25.11.2025 - 07:35
ABŞ-da əlilliyi olan uşaqların valideynləri təhsil hüquqlarının təminatında çətinliklərlə üzləşir25.11.2025 - 07:28
Bu il 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl bağçalara gedəcək25.11.2025 - 07:22
Tibb sahəsində liderlik təhsili: MMM proqramının gələcəyi sual altındadır25.11.2025 - 07:15
AzMİU-da uşaq hüquqları və davranışları üzrə maarifləndirmə tədbirləri25.11.2025 - 07:08
Keçmiş təhsil katibi: Yerli təhsil tərəfdaşlıqları məktəblər arasında əməkdaşlığı gücləndirə bilər25.11.2025 - 07:02
63 özəl bağçada ödənişə güzəşt ediləcək25.11.2025 - 07:00
Bu ölkə Azərbaycanda səfirlik açır25.11.2025 - 06:50
Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub25.11.2025 - 06:50
Hamwic Education Trust üç yeni akademiyanı qəbul etmək təklifini geri çəkdi25.11.2025 - 06:49
63 bağçada uşaqların təhsil haqqının bir hissəsini dövlət ödəyəcək25.11.2025 - 06:36
Keçmiş regional məktəblər komissarı Paul Smith East Midlands Education Trust-ın yeni CEO-su təyin edildi25.11.2025 - 06:36
Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi25.11.2025 - 06:30
Nazir Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb25.11.2025 - 06:28
Liverpool Universiteti Hindistanda yeni kampus açır25.11.2025 - 06:23
Məktəblilər beynəlxalq müsabiqədə yüksək nəticə əldə ediblər25.11.2025 - 06:16
5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi25.11.2025 - 06:15
Tarixdə bu gün: 25 noyabr 2020 — Kəlbəcər rayonu Azərbaycana qaytarıldı25.11.2025 - 06:10
Əli Səmədlinin 95 illik yubileyi və açdığı kitabxananın yaradılmasının 30 illiyi qeyd edilib25.11.2025 - 06:08
Soğan qabığından çayın faydaları25.11.2025 - 06:00
Tarixdə bu gün: 25 noyabr 1983 — Ağdamda Çörək Muzeyi açılıb25.11.2025 - 05:57
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb 25.11.2025 - 05:50
Süni intellekt restoran sənayesini də ƏLƏ KEÇİRİR25.11.2025 - 05:45
Tarixdə bu gün: 25 noyabr 1667 — Şamaxı zəlzələsi25.11.2025 - 05:44
1910-cu il, 25 noyabr — "Rüstəm və Söhrab" operasının premyerası25.11.2025 - 05:31
Bu günün hava PROQNOZU25.11.2025 - 05:26
İnformatika müəllimliyini avtobus sürücülüyünə dəyişən qadın: "Təlim zamanı müəyyən çətinliklərim də oldu"25.11.2025 - 05:25