Təhsil 365 - Logo Mobile

BDU tələbələri “Əsas Qanunun işığında- Konstitusiya” adlı hüquqi maarifləndirici vəsait hazırlayıblar - FOTO

9125.11.2025 - 13:20
BDU tələbələri “Əsas Qanunun işığında- Konstitusiya” adlı hüquqi maarifləndirici vəsait hazırlayıblar - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə fakültənin tələbələri məktəblilər üçün “Əsas Qanunun işığında- Konstitusiya” adlı hüquqi maarifləndirici vəsait hazırlayıblar. Nəşr “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

BDU-dan “Tehsil365"ə bildirilib ki, belə bir vəsait respublikamızda ilk dəfə nəşr olunur. Vəsaitin müəllifləri Hüquq fakültəsinin ötənilki məzunu Veysəl Mirzəzadə, müxtəlif kurs tələbələri - Ziyəddin İsmayılov, Nigar Ağakərimova, Jalə Nuriyeva, Nəzrin Dadaşova, Nilufər Qədimli, Rəhimə Ağayeva və Jalə Rəhimovadır. Vəsaitin elmi rəyçisi Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyevadır.

Vəsait bir neçə hissədən ibarətdir. Giriş bölməsində Ümummilli Lider Heydər Əliyevin milli Konstitusiyanın müəllifi və hüquqi dövlət modelinin banisi kimi tarixi rolu, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması prosesi anlaşıqlı şəkildə təhlil edilir. Birinci fəsildə dövlət quruluşu, paytaxt, dövlət dili və rəmzləri sadə və sistemli şəkildə izah edilir. İkinci və üçüncü fəsillər uşaqların əsas hüquq və azadlıqlarına, habelə onların vətəndaşlıq borclarına – qanunlara əməl etmək, dövlət rəmzlərinə hörmət və Vətənin müdafiəsi kimi vəzifələrə həsr olunub. Dördüncü fəsildə isə hakimiyyət bölgüsü prinsipi, dövlət idarəetməsində tarazlıq və nəzarət mexanizmləri, eləcə də Heydər Əliyev Fondunun uşaqların rifahı istiqamətində həyata keçirdiyi çoxşaxəli layihələr öz əksini tapıb.

Bu nəşr gənc nəslin hüquqi biliklərini genişləndirməyə, konstitusional şüuru və vətəndaşlıq dəyərlərini möhkəmləndirməyə yönəlmiş mühüm maarifləndirici addım kimi dəyərləndirilə bilər. Məktəblilərin hüquq mədəniyyətinin və düşüncəsinin inkişafına yönələn bu vəsait gənc nəslin hüquqi maarifləndirilməsinə mühüm töhfə verməyi hədəfləyir.

Aydan Ələkbərova

Xəbər Lenti

Respublika Uşaq Kitabxanasında məktəblilər üçün maarifləndirici gün keçirildi25.11.2025 - 19:58
Fətəli xan Xoyskinin 150 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb25.11.2025 - 19:45
ADNSU-da “Layihələrin idarə olunması” üzrə təlim proqramına start verilib25.11.2025 - 19:30
700-dən çox şəxs Azərbaycan dili üzrə sertifikasiya imtahanı verib25.11.2025 - 19:15
Peşə təmayüllü siniflərdə aparılan monitorinqlər başa çatıb25.11.2025 - 19:00
ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb25.11.2025 - 18:45
Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması ilə bağlı əməkdaşlıq müzakirə olunub25.11.2025 - 18:30
Rektor QS forumunda BMU-nun innovasiya və beynəlxalq tərəfdaşlıq modelini təqdim edib25.11.2025 - 18:15
Azərbaycan məktəblərində tədris dili üzrə statistika açıqlanıb25.11.2025 - 18:00
Kəlbəcər Şəhəri Günündə silsilə sərgilər açılıb25.11.2025 - 17:45
Amaliya Pənahovanın 80 illik yubileyi qeyd olunub25.11.2025 - 17:30
Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti olub25.11.2025 - 17:15
Türk mədəni irsi Astana İncəsənət Muzeyində təqdim olunub25.11.2025 - 17:00
SOCAR və “ITOCHU” neft-qaz və enerji infrastrukturu üzrə əməkdaşlığı genişləndirir25.11.2025 - 16:57
TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu Naxçıvanda davam edib YENİLƏNİB25.11.2025 - 16:49
Firuz Mustafa: "Dil torpaq qədər müqəddəsdir"25.11.2025 - 16:45
“Türbət” Mədəniyyət Mərkəzinin rəhbəri: "Qarabağda ilk sərgimizi təqdim edirik"25.11.2025 - 16:30
“Borussiya Mönxenqladbax” klubu ilk dəfə stadionunun ad hüquqlarını satıb25.11.2025 - 16:18
Moskvada “İRS – Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb25.11.2025 - 16:15
UEFA Gənclər Liqası: “Napoli” “Qarabağ”ı məğlub edib – YENİLƏNİB25.11.2025 - 16:02
Günəşin parlaqlığını azalda biləcək ÜSUL sınaqdan keçiriləcək25.11.2025 - 16:00
Gəncə Teatrı Kəlbəcərdə “Tıq-Tıq xanım” musiqili nağıl-tamaşası ilə çıxış edib25.11.2025 - 16:00
Fərid Hüseyn: "Eyni qanı daşıyan türk xalqlarının nağıllarında ortaq motivlər çoxdur"25.11.2025 - 15:45
"Üzən yağış generatoru" təqdim edildi: Damcıları elektrikə çevirir25.11.2025 - 15:30
XTNS-dəki “Azərbaycan” pavilyonu altı il ərzində 3,9 milyondan çox ziyarətçi qəbul edib25.11.2025 - 15:30
Gələn il Kəlbəcərdə böyük təhsil kompleksinin istifadəyə verilməsi planlaşdırılır25.11.2025 - 15:15
"X"də istifadəçi adları satılmağa başlandı25.11.2025 - 15:15
ADU tələbələri müxtəlif idman növləri üzrə keçirilən yarışlarda fərqləniblər25.11.2025 - 15:00
Noyabrın son həftəsində Bakıda bu tədbirlər olacaq25.11.2025 - 15:00
İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı ilk dəfə Bakıda25.11.2025 - 14:45
“OpenAI” “ChatGPT”yə qrup söhbəti funksiyası əlavə etdi25.11.2025 - 14:30
Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi - Rəsm25.11.2025 - 14:18
Sarımsağın faydaları bunlardır25.11.2025 - 14:06
“ChatGPT”də ciddi dəyişikliklər edildi25.11.2025 - 14:00
Kitab oxumağın beyin üçün gözlənilməz faydaları – yeni araşdırma nələri göstərir?25.11.2025 - 13:57
Kəlbəcərdə tikintisi davam edən təhsil kompleksinin gələn il təhvil veriləcəyi gözlənilir25.11.2025 - 13:48
Ağdamda valideynlərin zorakılıq etdiyi uşaq müəssisəyə yerləşdirilib25.11.2025 - 13:30
Azərbaycan İdman Akademiyası III Beynəlxalq Məşq və İdman Elmləri Konqresində təmsil olunub - FOTO25.11.2025 - 13:10
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı: qarşıda duran vəzifələr25.11.2025 - 12:59
“Bəxtiyar Vahabzadə əsərlərində poetik vasitələr” - monoqrafiya25.11.2025 - 12:47
Əməkdar jurnalist məktəblilərlə görüşəcək25.11.2025 - 12:35
Rektor QS forumunda BMU-nun innovasiya və beynəlxalq tərəfdaşlıq modelini təqdim edib - FOTO25.11.2025 - 12:24
Ədəbiyyat İnstitutunun əməkdaşı Çində beynəlxalq konfransda məruzə edib - FOTO25.11.2025 - 12:11
Mərkəzi Aran RTİ-nin şagirdləri SAF-da mükafat qazanıblar25.11.2025 - 11:40
Kəlbəcərdə 60 şagird təhsil alır 25.11.2025 - 11:25
Kəlbəcərdə böyük təhsil kompleksi istifadəyə veriləcək25.11.2025 - 11:10
Azərbaycanlı ssenariçinin filmi Qazaxıstanda nümayiş olunub25.11.2025 - 10:55